Los-Ancelesdəki yanğınlara görə2,5 milyard dollar ayrıldı
Cəmiyyət
13:14 / 24.01.2025
17349
Kaliforniya hakimiyyəti Los-Ancelesdəki meşə yanğınları ilə mübarizə üçün 2,5 milyard dollardan çox vəsait ayırıb.
Sfera.az xəbər verir ki, bu barədə regionun qubernatoru Gavin Nevsom məlumat yayıb.
"Los-Angeles üçün 2,5 milyard dollardan çox yardım", - deyə o, "X" yazıb.
Qeyd edək ki, "Mələklər" şəhərində yanğın yanvarın 7-də meşədə başlayıb. Təbii fəlakət nəticəsində 27 nəfər ölüb, on minlərlə evə ziyan dəyib.