"Belə çıxır ki, Türkiyədə ölənlər bizə yaddır?" - Emin Əfəndi

"Belə çıxır ki, Türkiyədə ölənlər bizə yaddır?" - Emin Əfəndi

Heç kəs məni qınamasın, amma bu fikirlərimi bölüşməliyəm.

 

Türkiyə ilə münasibətlərimizin ən yüksək səviyyədə olduğu bir dövrdə, qardaş ölkədə baş verən faciələr zamanı mediada belə başlıqlara rast gəlmək məni qıcıqlandırır:

 

“Boluda yanğında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur”.


Allaha şükür ki, yoxdur. Belə çıxır ki, orada ölənlər bizə yaddır?

 

Əlbəttə, anlayıram ki, biz qardaş olsaq da, müxtəlif dövlətlərik və ilk növbədə öz vətəndaşlarımızı qorumaq və onların taleyi ilə maraqlanmaq prioritetimizdir. Elə bunun üçün də müvafiq dövlət qurumlarımız fəaliyyət göstərir. Amma mənə görə, faciələrdə ilk növbədə insanlıq dayanmalıdır. Faciə millətə və ya vətəndaşlığa baxmadan, bütün insanlar üçün dərddir.


O ki qaldı qardaş faciəsinə…

 

Türkiyənin Bolu əyalətində yerləşən Kartalkaya xizəkçilik mərkəzində baş verən yanğında ölənlərə Allahdan rəhmət, yaralanlara isə can sağlığı diləyirəm.

 

Vallah, bu like və baxış yarışları birazdan bitəcək, insanlıq isə bitməməlidir...

 

Emin Əfəndi

 

Yazıları Emin Əfəndinin teleqram kanalından izləyə bilərsiniz: //t.me/efendi19


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...