Ceyhun Bayramov Cahit Bağcını qəbul edib - Foto

Ceyhun Bayramov Cahit Bağcını qəbul edib - Foto

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcını Azərbaycandakı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

 

XİN-dən Sfera.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə müttəfiqliyinin müxtəlif aspektləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

 

C.Bayramov Boluda baş verən faciəvi yanğınla bağlı qardaş Türkiyə Respublikasına bir daha başsağlığı verib, dəhşətli hadisə nəticəsində vəfat edənlərə Allahdan rəhmət, yaralılara şəfa arzulayıb, Azərbaycanın hər zaman Türkiyə dövləti və xalqının yanında olduğunu vurğulayıb.

 

“Nazir ölkəmizdə səmərəli diplomatik fəaliyyətinə, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, müttəfiqliyinə verdiyi töhfələrə görə səfir Cahit Bağcıya təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib. Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan-Türkiyə müttəfiqliyinin tarixi dönəmlərində səfir kimi fəaliyyətinin yaddaqalan olduğu xüsusilə qeyd olunub. 
 

 

Azərbaycan-Türkiyə müttəfiqliyinin siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, humanitar və s. istiqamətlər üzrə uğurlu inkişafının məmnunluq doğurduğu vurğulanıb.

 

Regional və beynəlxalq təşkilatlar, habelə bir sıra çoxtərəfli formatlar çərçivəsində davamlı dəstək və həmrəyliyimizin əhəmiyyəti qeyd olunub.

 

Ölkələrimizin geniş anlamda regional və beynəlxalq təhlükəsizliyə töhfə verən birgə fəaliyyətlərin bundan sonra da davam etdiriləcəyinə dair inam ifadə olunub, bu istiqamətdə, Azərbaycanın xüsusilə Yaxın Şərq və Suriyada sabitliyə və humanitar məsələlərin həllinə qardaş Türkiyə ilə birgə dəstək verməyə davam edəcəyi qeyd olunub. Ölkəmizin Afrika qitəsində Türkiyə ilə birgə əməkdaşlığı üçün geniş perspektivlərin olduğu bildirilib.

Səfir Cahit Bağcı Türkiyənin qardaş Azərbaycanda səfiri kimi fəaliyyətini hər zaman qürurla xatırlayacağını diqqətə çatdıraraq, göstərilən dəstəyə görə təşəkkür edib, bundan sonra da Azərbaycan-Türkiyə qardaşlıq və müttəfiqliyinə əlindən gələn töhfənin verilməsinə hazır olduğunu bildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunub.

 


OXŞAR XƏBƏRLƏR

Hava bu insanlar üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ

Sabah meteohəssas insanlar üçün əlverişsiz hava şəraiti müşahidə olunacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verili...

Sabah Bakıda İsrail və Suriya rəsmiləri görüşəcək

Sabah Bakıda İsrail və Suriya rəsmilərinin görüşü keçiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə diplomatik mənbələrdən məlumat verilib.  ...

Axtarışda olan kişi Azərbaycana gətirildi

Gürcüstanın Baş Prokurorluğu tərəfindən Azərbaycan vətəndaşı Süleymanov Elnur Qüdrət oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.   Bu barədə ...

"Qarabağ" və "Şelburn" komandalarının start heyətləri

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda "Qarabağ"la İrlandiyanın "Şelburn" komandası arasında keçiriləcək cavab oyunu üçün...

Üzərlik bu ölkələrdə qadağan imiş, tərkibində “psixoaktiv” maddə var

Son zamanlar bəzi ölkələrin hüquq mühafizə orqanları tərəfindən üzərlik (Peganum harmala) bitkisi ilə sərhədi keçməyə cəhd edən şəxslərin saxlanılması halları a...

Bu şəxslərin pensiya ödənişi DAYANDIRILACAQ - Qonşu ölkədə...

Rusiyada pensiya ödənişlərinin müvəqqəti və ya tamamilə dayandırılması hallarına dair yeni xəbərdarlıq edilib.   Qaydalara əsasən, bu, 400-FZ saylı Q...