"Mənə olunan hücumun əmrini Bidzina İvanişvili verib" - Qaxariya İTTİHAM ETDİ

"Mənə olunan hücumun əmrini Bidzina İvanişvili verib" - Qaxariya İTTİHAM ETDİ

Gürcüstanın keçmiş Baş naziri, “Gürcüstan Naminə” müxalifət partiyasının lideri Giorgi Qaxariya ona hücumu “Gürcü arzusu” partiyasının fəxri prezidenti Bidzina İvanişvilinin göstərişi ilə əvvəlcədən planlaşdırıldığını iddia edib.

 

Sfera.az xəbər verir ki, bu barədə “NewsGeorgia” yazıb. 

 

Qaxaria bunun əvvəlcədən təşkil edilmiş pusqu, siyasi qisas olduğunu bildirib.

 

“Hücumun əmrini Bidzina İvanişvili verib. İvanişvili uzun müddətdir ki, məni və ailəmi müxtəlif formalarda və müxtəlif üsullarla, o cümlədən ictimai şəkildə hədələyir”,- sabiq Baş nazir qeyd edib.

 

G.Qaxariya prokurorluqda dindirildikdən sonra açıqlama verib. Müstəntiqlər onu rəsmən zərərçəkmiş kimi tanıyıblar.

 

Xatırladaq ki, hücum yanvarın 14-nə keçən gecə Batumidəki “Şeraton” otelinin foyesində baş verib. Hadisədən əvvəl baş verənlər, habelə hadisələrdə iştirak edənlərin sayı barədə məlumat verilməyib. Daha sonra xəstəxanada Qaxariyaya burnunun sınığı və beyin silkələnməsi diaqnozu qoyulub.

 

Şahidlərin sözlərinə görə, hücumda xüsusilə “Gürcü Arzusu” partiyasından olan deputat Dimitri Samxaradze və Acarıstan iqtisadiyyat nazirinin müavini Giorgi Manvelidze iştirak edib.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...