Astrologiyanın ən istedadlı və qabiliyyətli BÜRCLƏRİ

Astrologiyanın ən istedadlı və qabiliyyətli BÜRCLƏRİ

Bəzi bürclərin nümayəndələri fərqli qabiliyyətləri, istedadlı olmaları ilə seçilirlər. Məhz buna görə adətən onlar məşhurluq qazanmağa daha çox meyillidirlər.

 

Sfera.az bu dəfə həmin bürclərlə bağlı məlumatı təqdim edir:

 

Şir bürcü - Diqqət mərkəzində olmağı və parıldamağı sevirlər. Onlar təbii liderdirlər və özünə inamları, xarizmatik və yaradıcı təbiətləri ilə tanınırlar. Səhnədə və ya mediada özünü ifadə etməyə xüsusi maraq göstərirlər. Buna görə də aktyorlar, müğənnilər və ictimaiyyətə açıq peşələrdə çalışanların çoxu bu bürclərdən olurlar. 

 

Əqrəb bürcü – Güclü iradəsi, cəsarəti və sirli xarakterləri ilə tanınırlar. Onların dərin emosional təbiəti və güclü transformasiya qabiliyyəti bəzən onları sənətdə, ictimai həyatda xüsusi maraqlı edir. Sirli və cazibədar şəxsiyyətləri başqalarının diqqətini çəkir və insanları heyrətləndirir.

 

Qoç bürcü – Önə çıxmağa, yeni yollar açmağa meyillidirlər. Cəsur, enerjili və risk almaqdan çəkinməyən insanlardır. Xüsusilə idmançılar, aktyorlar və biznes sahəsində qabaqcıl olmağa çalışanlar bu bürclərdən olurlar.

 

Tərəzi bürcü – Gözəllik, harmoniya və balans axtarırlar. Onlar insanlar arasında tarazlıq yaratmaqda ustadır və təbii cazibədarlıqları sayəsində böyük kütlələrin diqqətini çəkə bilirlər. Moda, sənət, musiqi və ictimai əlaqələrdə uğur qazanmağa meyillidirlər.

 

Oğlaq bürcü -  Zəhmətkeşlikləri və məqsədyönlü təbiətləri ilə tanınırlar. Onlar hədəflərinə çatmaq üçün böyük əzmkarlıq göstərirlər. Səbirli və intizamlı olmaları, onlara uzun müddətli uğur qazanmaq üçün kömək edir. Oğlaqlar tez-tez biznesdə və siyasətdə məşhur olurlar.

 

Əkizlər bürcü - Ünsiyyətcil, dinamik və maraqlıdırlar. Onlar informasiya yaymaq və başqaları ilə əlaqə qurmaqla bağlı təbii bacarıqlara malikdirlər. Sözlü ifadə qabiliyyətləri və dəyişkənlikləri onları yazı, jurnalistika, aktyorluq və ictimaiyyətlə əlaqə sahələrində uğurlu edir.

 

Balıqlar  bürcü – Dərin emosional hissləri və incə duyğuları ilə tanınırlar. Onlar təbii olaraq yaradıcı və bədii qabiliyyətlərə malikdirlər, bu da onları musiqi, rəsm, yazı və digər sənət sahələrində məşhur edir. Eyni zamanda onların həssas və mərhəmətli təbiəti insanları özünə çəkir.

 

Dolça bürcü -  Qeyri-adi düşüncələri, innovativ fikirləri və dünyagörüşləri ilə tanınırlar. Onlar adətən texnologiya, elm və humanitar sahələrdə yenilikçi olurlar və qeyri-adi yollarla məşhurluq qazana bilirlər. Dolçalar başqalarının görə bilmədiklərini görmək və buna görə fərqlənmək qabiliyyətinə malikdirlər.


    
Türkan


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...