Azərbaycanda bu qadınlar 5 illik HƏBS OLUNACAQ

Azərbaycanda bu qadınlar 5 illik HƏBS OLUNACAQ

Son günlər sosial şəbəkələrdə yeni şantaj metodu yayılıb. Belə ki, qadınlar həmcinslərinə tövsiyə edir ki, həyat yoldaşının (ərinin) xəyanət etdiyini bildikdə səbirli olsunlar, həmin an ona bildirməsinlər. Daha sonra saxta hesabdan ona yazıb xəyanət etdiyindən xəbərdar olduğunu desinlər və bunu həyat yoldaşına (arvadına) deməməsi üçün pul tələb etsinlər. İddia edirlər ki, beləliklə, qadın ərindən intiqam almış olacaq. 


Bəs bunu edən şəxsləri qanunla hansı cəza gözləyir?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, xəyanət edən həyat yoldaşını hədələyərək pul tələb etmək qanunla qadağandır və belə hallar cinayət məsuliyyəti yaradır: 


“Hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkibli cinayətdir və hədənin edildiyi andan başa çatmış hesab olunur. Rüsvayedici məlumatların yayılması hədəsi ilə kimdənsə pul və ya əmlak tələb etmək cinayət tərkibi yaradacaq və məsuliyyətə səbəb olacaq. Hətta yoldaşı şikayətini geri götürsə belə, bu cinayətlə bağlı cinayət təqibi, ictimai ittiham qaydasının da aparıldığı üçün yoldaşının şikayətini geri götürməyinin heç bir əhəmiyyəti olmayacaq. Belə ki, dövlət bu cinayətə görə sizdən əl çəkməyəcək. Ona görə də bu kimi hərəkətə cəhd göstərilməməlidir, nəticəsi ağır ola bilər. Belə ki, hədə-qorxu ilə tələb etmə cinayətinə görə, 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub”.


Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...