"Rusiya Çinə qarşı koalisiyaya çəkilə bilər, ABŞ İrana zərbə endirəcək..." - Dünyanı nə gözləyir?

"Rusiya Çinə qarşı koalisiyaya çəkilə bilər, ABŞ İrana zərbə endirəcək..." - Dünyanı nə gözləyir?

Artıq bir neçə gündür, ABŞ-də yeni prezident Donald Trampın dövrü başlayıb. Səs-küylü çıxışları ilə yadda qalan Ağ Ev rəhbərinin gəlişi ilə dünyada nələrin dəyişəcəyi mövzusu isə geniş müzakirə obyektinə çevrilib. 

 

ABŞ prezidenti vəzifəsinin icrasına başladı, bəs dünyanı nələr gözləyir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, Trampı ən çox məşğul edən məsələlər Ukraynada davam edən müharibə, İran -İsrail gərginliyi və Çinlə iqtisadi müharibədir:

 

“Donald Tramp artıq Ukrayna barəsində razılığa gəlmək üçün Vladimir Putinlə danışıqlara başlayacağını bildirib. Hələ inauqurasiya mərasimindən qabaq Putin və Tramp komandası arasında müzakirələrin aparıldığı barədə məlumatlar var idi. Rusiya razılıq əldə edilənə qədər Ukraynada daha çox uğura imza atmaq üçün hücumları genişləndirəcək. Eyni zamanda Zelenski admistirasiyasının Qərbin verdiyi silahlardan istifadə edərək həm Kursk, həm də Ukraynanın öz ərazisində əks-hücum əməliyyatlarını genişlədirəcəyi gözləniləndir. Trampın əsas istədiyi məhz Çinə qarşı olan koalisiyaya Rusiyanı cəlb etməkdir. Ancaq razılıq əldə edilənə qədər ABŞ həm özü Ukraynaya yardım edəcək, həm də Avropadakı müttəfiqlərini buna məcbur edəcək. İran-İsrail gərginliyi ilə bağlı da Tramp komandasının siyasəti bəllidir. Yaxın Şərqdə İsrail və HƏMAS arasında sülhə nail olan ABŞ-nin əsas diqqətinin İranın nüvə proqramına yönələcəyi istisna deyil”.

 

Müsahibimiz bildirdi ki, İsraildəki mövcud Netenyahu hökumətinin istədiyi İrana qarşı əhatəli əməliyyatın həyata keçirilməsi və mövcud rejimin yıxılmasıdır:

 

“Rəsmi Tehran bunu bildiyi üçün əvvəlcədən hərəkətə keçib. İranın yeni hökuməti ABŞ ilə mümkün münaqişədən qaçmaq üçün hər şeyi edir. Yeni admistirasiyada İsrailə xüsusi yaxınlığı olan və İrana düşmən münasibət bəsləyən şəxslərin çoxluğunu əsas tutaraq deyə bilərik ki, ABŞ Tramp dövründə İrana zərbə endirə bilər. Əgər nüvə məsələsində razılıq əldə edilməsə və İsraillə münasibətlərdə yeni gərginlik yaşansa, rəsmi Vaşinqton Körfəzdəki hərbi bazaları vasitəsi ilə İrana zərbələr endirəcək. Çin məsələsinə gəldikdə, son zamanlar rəsmi Pekinin ABŞ-ni iqtisadi cəhətdən sıxışdırması və Tayvana hücumla bağlı verdiyi bəyanatlar Trampı sərt addımlar atmağa məcbur edə bilər. Çinə qarşı iqtisadi sanksiyaların genişlənəcəyi, eyni zamanda hərbi cəhətdən də Pekinə təzyiqlərin davam edəcəyi gözləniləndir. Tramp komandası son zamanlar Çinlə iqtisadi əlaqələri genişləndirən Avropa ölkələrinə də təzyiq siyasətini artıracaq. Bu məsələ fevralda keçiriləcək seçkilərdən sonra Almaniyada hakimiyyətə gələcək yeni hökumət üçün çətin sınaq olacaq. Çünki rəsmi Berlinin Pekinlə münasibətlərində xüsusi yaxınlıq hiss olunur”.

 

Ekspert qeyd etdi ki, yeni admistirasiyanın dövründə ən çox zərər görənlər ABŞ-nin öz qonşuları, Meksika və Mərkəzi Amerika ölkələri olacaq: “Donald Trampın həyata keçiriləcəyi anti-miqrant siyasəti ən çox bu ölkələrə təsir göstərəcək. ABŞ ilə yeni əlaqələr fonunda Meksikanın iqtisadi vəziyyətində çöküş müşahidə edilə bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...