AZAL və NATS strateji əməkdaşlıq haqqında saziş imzaladı

AZAL və NATS strateji əməkdaşlıq haqqında saziş imzaladı

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) Böyük Britaniyanın hava hərəkətinin idarəedilməsi xidmətlərinin aparıcı provayderi olan NATS ilə strateji əməkdaşlıq haqqında saziş imzalayıb.

 

Sfera.az AZAL-a istinadən xəbər verir ki, bu tərəfdaşlıq Azərbaycanın qlobal aviasiya sektorunda mövqeyini möhkəmləndirmək üçün əməliyyat prosedurlarının, texniki xidmət proseslərinin və normativ tələblərə uyğunluğun kompleks analizini və təkmilləşdirilməsini nəzərdə tutur.

 

AZANS və NATS arasında əməkdaşlıq strateji təşəbbüslərin həyata keçirilməsinə yönəlib:

 

  • Uçuş təhlükəsizliyin artırılması və gecikmələrin azaldılması məqsədilə rabitə, naviqasiya və müşahidə (CNS) prosedurlarının və sistemlərinin optimallaşdırılması.
  •  
  • Əməliyyatların davamlılığı və etibarlılığını təmin edəcək beynəlxalq standartlara uyğunluğun gücləndirilməsi.
  •  
  • Davamlı inkişafa və əməliyyat proseslərinin təkmilləşdirilməsinə yönəlmiş qabaqcıl texnologiyaların və qlobal təcrübələrin tətbiqi.
  •  
  • Kadr potensialının inkişafı və təkminləşdirilməsi, o cümlədən NATS ekspertlərinin iştirakı ilə xüsusi təlimlər, səfərlər və birgə seminarlar.
  •  

"Strateji yerləşməsinə görə Azərbaycan və Heydər Əliyev Beynəlxalq Aeroportu əsas hava nəqliyyatı mərkəzinə çevrilmək üçün unikal imkana malikdir. NATS ilə tərəfdaşlıq bizə təhlükəsizliyə, ekoloji dayanıqlığa və əməliyyat səmərəliliyinə xüsusi diqqət yetirməklə müasir aviasiyanın ən yüksək standartlarına cavab verməyə imkan verəcək", - deyə AZANS HHİ-nin direktoru Fərxan Quliyev bildirib.

 

NATS-ın Baş icraçı direktoru Martin Rolf isə vurğulayıb: "Azərbaycan aviasiya sektorunda sürətlə inkişaf edir və bu saziş bizim üçün dünyanın ən işlək hava limanlarının və hava məkanının idarə olunması təcrübəmizi bölüşmək üçün bir fürsətdir. Mən birlikdə işləmək, təcrübə mübadiləsi aparmaq və Azərbaycana məqsədlərinə çatmaqda köməklik etməyi səbirsizliklə gözləyirəm."

 

Qeyd edək ki, bu tərəfdaşlıq Azərbaycanın aviasiya sektorunun daha da inkişafı, onun regionda lider mövqeyinin gücləndirilməsi və hava nəqliyyatı üçün etibarlı və səmərəli infrastrukturun yaradılması üçün əsas olacaq. NATS ilə əməkdaşlıq sərnişinlərə və aviaşirkətlərə gecikmələrin azaldılması, uçuşların təhlükəsizliyinin artırılması və davamlı inkişafın dəstəklənməsi daxil olmaqla təkmilləşdirilmiş təcrübə təqdim edəcək qabaqcıl texnologiyaların tətbiqinə imkan verəcək.


OXŞAR XƏBƏRLƏR

Benzin və dizel BAHALAŞACAQ

Türkiyədə valyuta məzənnələrindəki dəyişkənlik, neftin qiymətinin artması səbəbindən benzin və dizel yanacağında qiymət artımı gözlənilir.   Sfera.az...

Flora Kərimovanın səhhəti necədir? - AÇIQLAMA
"Flora xanımın 84 yaşı var, daha efirlərə çıxmır. O, zamanında səhnədə sözünü deyib. Televerilişlərə gedəndə yorulur. Heç müsahibələr də vermir. İndi bağda...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.   Sfera.az-ın məlumatına görə, bu gün infarkt keçirən S.Əliyev xəstəxanaya ç...

“Uzaq Şəhər” serialı möhtəşəm finala hazırlaşır – Tarix açıqlandı

Türkiyənin 2025-ci ildə ən çox izlənilən seriallarından olan “Uzaq Şəhər” ilk mövsümünün finalına yaxınlaşır. Reytinq rekordları qıranekran  iş...

Bu məkanda qiymət 5 dəfə artdı...

Deyirik ki, turizm Azərbaycanda prioritet sahədir. Amma baxırsan, bu sahədəki qərarlar ya gecikir, ya da ümumiyyətlə, hədəfsiz görünür. Məsələn, Qobustan qoruğu...

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...