Trampın sui-qəsd cəhdindən qoruyan agent ABŞ Məxfi Xidmətinin rəhbəri təyin edildi

Trampın sui-qəsd cəhdindən qoruyan agent ABŞ Məxfi Xidmətinin rəhbəri təyin edildi

ABŞ prezidenti Donald Tramp ölkənin Məxfi Xidmətinin rəhbəri vəzifəsinə onu Pensilvaniya ştatında sui-qəsd cəhdi zamanı qoruyan Şon Karranı təyin edib.

Sfera.az xəbər verir ki, bu barədə Amerika lideri "Truth Social" sosial şəbəkəsində məkumat yayılıb.

"Şon Karranı Amerika Birləşmiş Ştatlarının Məxfi Xidmətinin növbəti direktoru təyin etmək mənim üçün böyük şərəfdir", - deyə Tramp qeyd edib.

Onun sözlərinə görə, Karran hüquq-mühafizə orqanlarında 23 illik iş təcrübəsinə malikdir - o, 2001-ci ildə ABŞ Məxfi Xidmətində işə başlayıb.

"O, Pensilvaniya ştatının Batler şəhərində öz həyatını riskə ataraq məni qatilin gülləsindən xilas etməklə qorxmazlığını sübut etdi. Mən tam əminəm ki, Şon Amerika Birləşmiş Ştatlarının Məxfi Xidmətini əvvəlkindən daha güclü edəcək", - deyə Tramp qeyd edib.

Xatırladaq ki, 2024-cü il iyulun 13-də Batlerdə seçki mitinqi zamanı Trampa atəş açılıb. O, yüngül yaralanıb, qulağı zədələnib. Atəş açan - 20 yaşlı amerikalı Tomas Mətyu Kruks Məxfi Xidmət əməkdaşları tərəfindən öldürülüb. Sui-qəsd cəhdindən sonra Kimberli Çitl xidmətin direktoru vəzifəsindən istefa verib, onu müvəqqəti olaraq Ronald Rou əvəz edib.


OXŞAR XƏBƏRLƏR

Sürücü sükan arxasında yuxuladı: qəza baş verdi - VİDEO

İyulun 28-də saat 14:44 radələrində Bakı-Qazax magistral yolunun 380-ci kilometrliyində sürücünün sükan arxasında yuxulaması səbəbindən yol-nəqliyyat hadisəsi q...

Hava bu insanlar üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ

Sabah meteohəssas insanlar üçün əlverişsiz hava şəraiti müşahidə olunacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verili...

Sabah Bakıda İsrail və Suriya rəsmiləri görüşəcək

Sabah Bakıda İsrail və Suriya rəsmilərinin görüşü keçiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə diplomatik mənbələrdən məlumat verilib.  ...

Axtarışda olan kişi Azərbaycana gətirildi

Gürcüstanın Baş Prokurorluğu tərəfindən Azərbaycan vətəndaşı Süleymanov Elnur Qüdrət oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.   Bu barədə ...

"Qarabağ" və "Şelburn" komandalarının start heyətləri

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda "Qarabağ"la İrlandiyanın "Şelburn" komandası arasında keçiriləcək cavab oyunu üçün...

Üzərlik bu ölkələrdə qadağan imiş, tərkibində “psixoaktiv” maddə var

Son zamanlar bəzi ölkələrin hüquq mühafizə orqanları tərəfindən üzərlik (Peganum harmala) bitkisi ilə sərhədi keçməyə cəhd edən şəxslərin saxlanılması halları a...