2024-cü il ərzində mağazalarda 100 dollardan az pul xərclədi: Bunu necə etdi?

2024-cü il ərzində mağazalarda 100 dollardan az pul xərclədi: Bunu necə etdi?

30 yaşlı Sofi Jewel-Anderson 2020-ci ilin oktyabrında Avstraliyanın Sidney şəhərində yaşayarkən zibil qutularını axtarmağa başlayıb. O vaxtdan bəri Sofi ümumiyyətlə ərzaq mağazalarına getməyi dayandırıb.
 

Sfera.az bildirir ki, gənc qadın yığdığı pulu dünyanı gəzmək üçün istifadə edir. Restoran meneceri işləyən Sofi dörd ildir ki, heç bir yemək almır.
 

Sidneydə yaşayarkən o, gözəl, hələ də yeməli yeməklərlə dolu olduğu ortaya çıxan zibilliyə baxmaq qərarına gəlib və sonra artıq alış-verişə getməyə ehtiyac olmadığını başa düşüb.
 

2022-ci ildə Danimarkaya qayıdan Sofi zibil eşələməyə davam edib və hətta bütün ailəsini - valideynlər, bacı-qardaşlar, əmiuşağı, nənə və babanı bu işə cəlb edib.


O, hazırda yalnız supermarketlərdən gigiyena məhsulları alır və bütün 2024-cü ildə təxminən 98 ABŞ dolları xərcləyib. Qənaət etdiyi yüzlərlə və minlərlə pulla dünyanı gəzir və son dörd ildə Keniya, Argentina, İtaliya, İspaniya və Dubayda olub. Üstəlik, səyahətləri zamanı yemək də almır.
 

Onun tapdıqları arasında çörək, bulka, xörək və şirniyyatlar olur. O, həmçinin müntəzəm olaraq portağal, pomidor, armud, yaşıl soğan, kələm, kahı, bibər, ispanaq, banan, brokoli, yerkökü, üzüm və kartof tapır.


Meyvə və tərəvəzlərdən əlavə, onun ovladığına müxtəlif formalarda ət də daxildir: qiyməli pirojnalar, veqan köftələr, donuz əti, toyuq kolbasaları və s.


O, həmçinin mürəbbə, peçenye, tortlar, mozzarella pendiri, yulaf südü, vafli və şokolad da əldə edə bilib. Bir dəfə o, hətta gül buketləri ilə dolu zibil qabına rast gəlib.
 

Sofi deyir ki, onun zibillik sevgisi yemək axtarışından gündəlik aktivliyə çevrilib. O, nümunə göstərməklə qida tullantıları probleminə diqqəti artırır və belə məhsullara münasibəti dəyişir.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...