"Trampın hakimiyyətə gəlməsi kiçik bir fürsət yaradıb" - Ryabkov

"Trampın hakimiyyətə gəlməsi kiçik bir fürsət yaradıb" - Ryabkov

“Donald Trampın ABŞ-də hakimiyyətə gəlməsi Rusiya-Amerika münasibətləri üçün kiçik bir fürsət yaradıb”.

 

Sfera.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Sergey Ryabkov deyib.

 

O, fikirlərini bu cür qeyd edib: “Yeni administrasiyanın danışıqlar aparmaq qabiliyyətinin dərəcəsi haqqında bu gün heç nə deyə bilmərik. Lakin yenə də Baydenin dövründəki ümidsizliklə müqayisədə, bu gün kiçik də olsa, bir fürsət pəncərəsi var. Buna görə də nə ilə və kiminlə məşğul olacağımızı, Vaşinqtonla ən yaxşı şəkildə necə münasibətlər quracağımızı, imkanları necə maksimuma çatdıracağımızı, riskləri minimuma endirəcəyimizi anlamaq vacibdir”.

 

Ryabkov vurğulayıb ki, onlar Amerikadaxili çəkişmələrin artacağını və hətta nümayişlərin olacağını görəcəklər:  “Bu vəziyyətin ABŞ-nin xarici siyasət konturlarına necə təsir edəcəyi məsələsi ciddi diqqət tələb edir”.

 

Qeyd edək ki, Donald Trampın andiçmə mərasimi yanvarın 20-də baş tutub. 

 

Günay


OXŞAR XƏBƏRLƏR

Benzin və dizel BAHALAŞACAQ

Türkiyədə valyuta məzənnələrindəki dəyişkənlik, neftin qiymətinin artması səbəbindən benzin və dizel yanacağında qiymət artımı gözlənilir.   Sfera.az...

Flora Kərimovanın səhhəti necədir? - AÇIQLAMA
"Flora xanımın 84 yaşı var, daha efirlərə çıxmır. O, zamanında səhnədə sözünü deyib. Televerilişlərə gedəndə yorulur. Heç müsahibələr də vermir. İndi bağda...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.   Sfera.az-ın məlumatına görə, bu gün infarkt keçirən S.Əliyev xəstəxanaya ç...

“Uzaq Şəhər” serialı möhtəşəm finala hazırlaşır – Tarix açıqlandı

Türkiyənin 2025-ci ildə ən çox izlənilən seriallarından olan “Uzaq Şəhər” ilk mövsümünün finalına yaxınlaşır. Reytinq rekordları qıranekran  iş...

Bu məkanda qiymət 5 dəfə artdı...

Deyirik ki, turizm Azərbaycanda prioritet sahədir. Amma baxırsan, bu sahədəki qərarlar ya gecikir, ya da ümumiyyətlə, hədəfsiz görünür. Məsələn, Qobustan qoruğu...

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...