Türkiyədə terrorçuya 40 qat ömürlük həbs cəzası təsdiqləndi

Türkiyədə terrorçuya 40 qat ömürlük həbs cəzası təsdiqləndi

Türkiyə Ali Məhkəməsi 2017-ci ildə İstanbulun "Reina" gecə klubunda 39 nəfərin öldüyü terror aktının icraçısı Əbdülqadir Maşaripova 2020-ci ildə verilmiş 40 qat ömürlük həbs cəzasını təsdiqləyib.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə “CNN Türk” telekanalı məlumat yayıb.

 

Məhkəmə məhkumun müraciətlərinə baxıb və hökmlərin qanun normalarına zidd olmadığını qərara alıb.

 

Ə.Maşaripov 39 nəfərin qəsdən öldürülməsində və 79 nəfərin öldürülməsinə cəhddə təqsirli bilinib. Məhkəmə 2020-ci ilin sentyabrında onu ağırlaşdırıcı hallarla 40 qat ömürlük həbs cəzasına və hər maddə üzrə 1368 il həbs cəzasına məhkum edib.

 

Ali Məhkəmə, həmçinin kluba hücumla bağlı işdə daha 31 məhkumun müraciətlərinə baxıb. Onlara qarşı çıxarılan hökmlər də dəyişdirilmədən saxlanılıb.

 

Qeyd edək ki, ölənlər arasında İordaniya, Mərakeş, Səudiyyə Ərəbistanı, Livan, Liviya və İsrail vətəndaşları var idi. Hücuma görə məsuliyyəti "İslam Dövləti" terror qruplaşması öz üzərinə götürüb.


OXŞAR XƏBƏRLƏR

Qardaş Türkiyə rəhbərliyini alqışlayırıq - Azərbaycan XİN

Azərbaycan Xarici İşlər Nazirliyi PKK terror təşkilatının özünü ləğv etməsi barədə bəyanat yayıb.   Sfera.az xəbər verir ki, bu barədə qurumun &...

İlham Əliyev Ərdoğanı təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan dövtlət ...

"Sumqayıt" Vaqif Cavadovla yollarını ayırdı

"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.   "Gənclik şəhəri" təmsilçisindən Sfera.az-a verilən məlumata görə...

İkardi "dəli olacaq" - "Qalatasaray"dan Vandaya gözlənilməz sürpriz - FOTO

Türkiyənin məşhur futbol klubu "Galatasaray" uzun müddətdir zədə səbəbilə komandadan ayrı olan ulduz futbolçusu İcardinin keçmiş həyat yoldaşı Va...

Qadını ilk görüşdə fəth edən 4 nadir kişi keyfiyyəti

Bu xarakter xüsusiyyətləri qadınları yalnız cəlb etmir, həm də dərin və davamlı cazibə yaradır. Onlar kişini qadın üçün dayanılmaz edən gizli sirrlərdir. Cəmiyy...

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...