Dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsinin hazırlıq iclası keçirildi

Dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsinin hazırlıq iclası keçirildi

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə ifşa olunaraq həbs edilmiş Svetliçnıy İvan Nikolayeviçin məhkəməsi başlayıb.

 

Sfera.az-ın məlumatına görə, 21 yanvarda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə hazırlıq iclası keçirilib. 

 

İlk iclasda anket məlumatları dəqiqləşdirilib. Tərəflərin razılığı ilə iş məhkəmə baxışına verilib.

 

İvan Svetliçnıy Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittham olunur.

 

Azərbaycan vətəndaşı olan İvan Svetliçnıy Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə qəsdən casusluq formasında və xarici xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirməklə dövlətə xəyanət etməkdə şübhəli bilinir.

 

Onun konkret olaraq hansı əməlləri törətdiyi növbəti məhkəmə prosesində ittiham aktı elan olunarkən məlum olacaq.

 

Məhkəmə baxışı 3 fevral tarixinə təyin edilib


OXŞAR XƏBƏRLƏR

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 3-də ara...

Azərbaycanlılar daha çox hansı ölkələrdə məskunlaşıb? - ARAŞDIRMA

Dünyada yaşayan azərbaycanlıların ümumi sayı 50 milyonu keçib. Bu 50 milyonluq etnik azərbaycanlının yalnız təxminən 10 milyonu Azərbaycan Respublikasında yaşay...

Türkiyədə ruslarla bağlı problem: dövlət hərəkətə keçdi

Türkiyədə rusiyalı turistlərin köhnə dolları dəyişdirməsi ilə bağlı problem yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti öz mənbələ...

Prezidentlərin təkbətək görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü başlayıb.   Sfera.az&n...

Ödənişli yolda qəza: biri vurdu, digərləri üstündən keçdi...

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ölüm hadisəsi baş verib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, iyulun 1-i səhə...

Serj Sarkisyana qarşı rüşvət almaq ittihamı irəli sürüldü

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyana qarşı rüşvət almaq və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ittihamı irəli sürülüb.   Sfera.a...