Bakıda toydan sonra müğənninin çənəsini SINDIRDILAR

Bakıda toydan sonra müğənninin çənəsini SINDIRDILAR

Bakıda müğəninin çənəsini sındıran şəxsə hökm oxunub.

 

Sfera.az bildirir ki, hadisəni törədən 1989-cu ildə Şuşa şəhərində anadan olmuş Həsən İ. barəsində Cinayət Məcəlləsinin 127.1-ci maddəsi cinayət işi açılıb və işə məhkəmədə baxılıb.

 

Məlum olub ki, zərərçəkmiş Elçin Mayılov gecə saat 02 radələrində qonşusu Həsənin əlində "GO" markalı içki ilə yüksək səslə küçə söyüş söydüyünü görüb.

 

O, Həsənə yaxınlaşıb nə baş verdiyini soruşduqda, sonuncu hədsiz dərəcədə içkili olduğundan qəsdən bir neçə dəfə yumruqla onun üz nahiyəsindən vurub. Elçin Mayılov aldığı xəsarətdən çənə nahiyəsinin sınığı ilə xəstəxanaya yerləşdirilib.

 

Hadisə Bakıda şadlıq evlərinin birində müğənnilik fəaliyyəti ilə məşğul olan Elçin Mayılov toydan evinə qayıdırkən baş verib. Məhkəmənin qərarı ilə Həsənə 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

 

Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.(Qaynarinfo)


OXŞAR XƏBƏRLƏR

Ödənişli yolda qəza: biri vurdu, digərləri üstündən keçdi...

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ölüm hadisəsi baş verib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, iyulun 1-i səhə...

Serj Sarkisyana qarşı rüşvət almaq ittihamı irəli sürüldü

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyana qarşı rüşvət almaq və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ittihamı irəli sürülüb.   Sfera.a...

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...

Qarpızdan 16 nəfər zəhərlənib

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.  ...

"Azərbaycanın baş prokuroru ilə əlaqədəyik" - Peskov

İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın baş prokuroru ilə əlaqədədir, tərəflər Yekaterinburq və Bakıda baş vermiş rezonans hadisələrin araşd...