Əliyev "Carlsberg Group"un direktoru ilə görüşdü


Əliyev "Carlsberg Group"un direktoru ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru Yakob Aarup-Andersen ilə görüşüb.

 

Sfera.az xəbər verir ki, Yakob Aarup-Andersen rəhbərlik etdiyi şirkətin Azərbaycanda uğurlu fəaliyyətinə toxunaraq, ölkəmizdə mövcud olan investisiya mühitindən razılığını ifadə etdi, xüsusilə mülkiyyət hüquqlarının qorunması istiqamətində Azərbaycanın xarici investorlara təqdim etdiyi çərçivəni yüksək qiymətləndirərək, yaradılmış şəraitə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

 

“Carlsberg Group”un ölkədə istehsal olunan məhsullarının lokallaşdırılma səviyyəsinin artırılması və şirkətin Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi ilə bağlı niyyəti barədə dövlətimizin başçısına məlumat verildi.

 

Görüşdə “Carlsberg Group” şirkəti ilə əməkdaşlıq məsələlərinə toxunuldu.


OXŞAR XƏBƏRLƏR

Hava bu insanlar üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ

Sabah meteohəssas insanlar üçün əlverişsiz hava şəraiti müşahidə olunacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verili...

Sabah Bakıda İsrail və Suriya rəsmiləri görüşəcək

Sabah Bakıda İsrail və Suriya rəsmilərinin görüşü keçiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə diplomatik mənbələrdən məlumat verilib.  ...

Axtarışda olan kişi Azərbaycana gətirildi

Gürcüstanın Baş Prokurorluğu tərəfindən Azərbaycan vətəndaşı Süleymanov Elnur Qüdrət oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.   Bu barədə ...

"Qarabağ" və "Şelburn" komandalarının start heyətləri

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda "Qarabağ"la İrlandiyanın "Şelburn" komandası arasında keçiriləcək cavab oyunu üçün...

Üzərlik bu ölkələrdə qadağan imiş, tərkibində “psixoaktiv” maddə var

Son zamanlar bəzi ölkələrin hüquq mühafizə orqanları tərəfindən üzərlik (Peganum harmala) bitkisi ilə sərhədi keçməyə cəhd edən şəxslərin saxlanılması halları a...

Bu şəxslərin pensiya ödənişi DAYANDIRILACAQ - Qonşu ölkədə...

Rusiyada pensiya ödənişlərinin müvəqqəti və ya tamamilə dayandırılması hallarına dair yeni xəbərdarlıq edilib.   Qaydalara əsasən, bu, 400-FZ saylı Q...