İlham Əliyev “DP World” şirkətlər qrupunun sədri ilə görüşdü - YENİLƏNDİ

İlham Əliyev “DP World” şirkətlər qrupunun sədri ilə görüşdü - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə görüşüb.

 

Sfera.az xəbər verir ki, görüşdə “DP World” şirkətlər qrupunun ölkəmizdəki fəaliyyətinin perspektivləri, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaratdığı imkanlar barədə müzakirələr aparıldı. Azərbaycanın regional nəqliyyat qovşağı kimi rolu xüsusi vurğulandı, mümkün əməkdaşlıq istiqamətləri müzakirə olundu.

 

Qeyd edək ki, “DP World” dünyanın ən böyük liman operatorlarından biridir. Şirkət coğrafi cəhətdən şaxələndirmə baxımından da liderlər sırasındadır.

 

Hazırda “DP World” dünyanın müxtəlif yerlərində 80-ə yaxın limanın operatorluğu ilə məşğuldur.

 

***

16:23

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə görüşüb.


Sfera.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 


OXŞAR XƏBƏRLƏR

Emin Ağalarov: Avropanın ən böyük kazinosu “Sea Breeze”də tikiləcək

Tanınmış iş adamı və müğənni Emin Ağalarov yeni layihəsi ilə bağlı sensasion açıqlama verib.   Sfera.az xəbər verir ki, onun sözlərinə görə, Bakı yax...

Zaqatalada qadını vurub qaçan sürücü TUTULDU

Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol qəzası haqqında xəbər vermişdik. Belə ki, qadını vuraraq öldürən sürücü hadisə yerindən qaçmışdı.   Sf...

Çayda çimmək istəyərkən qəfildən suda batdı

İsmayıllıda 26 yaşlı şəxs çayda batıb.   Sfera.az xəbər verir ki, hadisə Göyçay çayının rayonun Gideyli kəndindən keçən hissəsində qeydə alınıb. &...

İranın bu şəhərində dəhşətli istilər qeydə alındı

Ötən 24 saat ərzində İranın cənub-şərqində yerləşən Xuzistan əyalətinin Ümidiyyə şəhəri dünyanın ən isti nöqtəsi kimi qeydə alınıb.   Sfera.az xəbər ...

Kainatda yeni qara dəlik aşkarlandı - Alimləri çaş-baş saldı

Yel Universitetindən astronom Piter Van Dokkum və onun rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu kainatın dərinliklərində yeni yaranmış superkütləli qara dəlik...

MİQ üzrə müsabiqənin vakansiya seçimi başlayır - Tarix açıqlandı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə start verilir.   Sfera.az xəbər verir ki, bu barədə İnsans Resusları Mərk...