Prezident İlham Əliyev Davosda İraq Prezidenti ilə görüşdü - YENİLƏNDİ

Prezident İlham Əliyev Davosda İraq Prezidenti ilə görüşdü - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də qarşı tərəfin müraciəti əsasında İraqın Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.

 

Sfera.az xəbər verir ki, görüş Davosda baş tutub.

 

 

***

 

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.

 

Sfera.az xəbər verir ki, COP29-da Azərbaycana səfərini məmnunluqla xatırlayan Əbdüllətif Camal Rəşid bu mühüm tədbirin uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. İraq Prezidenti, eyni zamanda, təyyarə qəzası ilə əlaqədar bir daha başsağlığını ifadə etdi.

 

Prezident İlham Əliyev başsağlığına görə minnətdarlığını bildirdi.

 

Dövlət başçısı İraq Prezidenti ilə görüşlərini və bu görüşlər əsnasında aparılmış müzakirələri məmnunluqla xatırladı.

 

Görüşdə Azərbaycanla İraq arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, birbaşa təyyarə reyslərinin təşkili və hökumətlərarası komissiyanın fəaliyyəti ilə əlaqədar məsələlərə toxunuldu. Həmçinin Yaxın Şərqdəki vəziyyət müzakirə edildi, regionda sülhün və sabitliyin bərqərar olunmasının vacibliyi bir daha vurğulandı.

 

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.


OXŞAR XƏBƏRLƏR

Zaqatalada qadını vurub qaçan sürücü TUTULDU

Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol qəzası haqqında xəbər vermişdik. Belə ki, qadını vuraraq öldürən sürücü hadisə yerindən qaçmışdı.   Sf...

Çayda çimmək istəyərkən qəfildən suda batdı

İsmayıllıda 26 yaşlı şəxs çayda batıb.   Sfera.az xəbər verir ki, hadisə Göyçay çayının rayonun Gideyli kəndindən keçən hissəsində qeydə alınıb. &...

İranın bu şəhərində dəhşətli istilər qeydə alındı

Ötən 24 saat ərzində İranın cənub-şərqində yerləşən Xuzistan əyalətinin Ümidiyyə şəhəri dünyanın ən isti nöqtəsi kimi qeydə alınıb.   Sfera.az xəbər ...

Kainatda yeni qara dəlik aşkarlandı - Alimləri çaş-baş saldı

Yel Universitetindən astronom Piter Van Dokkum və onun rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu kainatın dərinliklərində yeni yaranmış superkütləli qara dəlik...

MİQ üzrə müsabiqənin vakansiya seçimi başlayır - Tarix açıqlandı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə start verilir.   Sfera.az xəbər verir ki, bu barədə İnsans Resusları Mərk...

Avqustda havanın temperaturu yüksək olacaq - AYLIQ PROQNOZ

Bu ilin avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.   Sfera.az xəbə...