Fərid Səfərlinin anası Prezident İlham Əliyevə təşəkkür etdi

Fərid Səfərlinin anası Prezident İlham Əliyevə təşəkkür etdi

İranda həbsdən azad olunub Azərbaycana gətirilən Fərid Səfərlinin anası Dilarə Əsgərova Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

 

Sfera.az xəbər verir ki, bu sözləri Dilarə Əsgərova özünün "facebook" hesabında yazıb.

 

Bildirib ki, oğlunun azad olunmasında ölkə rəhbərinin böyük rolu olub:

 

"Həm DTX əməkdaşlarının Fərid ilə danışığına, həm də Tehranda səfirliyimizin mənimlə olan telefon söhbətinə əsasən tam olaraq məlumatlıyam ki, bu məsələnin həll olunmasında ölkə rəhbərinin nə dərəcədə böyük rolu olub. Buna görə də cənab prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlığımı bildirirəm”.

 

Fərid Səfərlinin anası qeyd edib ki, başına gələnlər oğlunu dərin depressiya vəziyyətinə salıb:

 

"Ürəyi arzularla dolu bir gənci, həyatdan küskün, özünü cəmiyyətdən təcrid etmiş bir insana çeviriblər. Gəldiyi gündən bir otağa girib, heç kimi görmək istəmir. Biz onun sağlamlığına qovuşması üçün əlimizdən gələni edəcəyik və ümidvaram ki, TƏBİB də bu məsələdə əlindən gələn köməyi bizə göstərəcək”.

 

Anası oğlunun azadlığa çıxması məsələsinin 23 ay ərzində həll edilməsini uöur kimi qiymətləndirib.

 

“ABŞ kimi bir dövlət belə İranda tutulmuş vətəndaşlarını illərlə azad etdirə bilmir. Ona görə bu məsələnin 23 ayda bitməsini böyük bir uğur kimi qiymətləndirirəm”, - o deyib.

 

Qeyd edək ki, İranda 2023-cü ildə həbs edilən azərbaycanlı tələbə Fərid Səfərli yanvarın 18-də azad edilib. Sonrada məlum olub ki, Fərid Səfərli Azərbaycanda casusluğuna görə həbs edilən İran vətəndaşı ilə dəyişdirilib.


OXŞAR XƏBƏRLƏR

Zaqatalada qadını vurub qaçan sürücü TUTULDU

Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol qəzası haqqında xəbər vermişdik. Belə ki, qadını vuraraq öldürən sürücü hadisə yerindən qaçmışdı.   Sf...

Çayda çimmək istəyərkən qəfildən suda batdı

İsmayıllıda 26 yaşlı şəxs çayda batıb.   Sfera.az xəbər verir ki, hadisə Göyçay çayının rayonun Gideyli kəndindən keçən hissəsində qeydə alınıb. &...

İranın bu şəhərində dəhşətli istilər qeydə alındı

Ötən 24 saat ərzində İranın cənub-şərqində yerləşən Xuzistan əyalətinin Ümidiyyə şəhəri dünyanın ən isti nöqtəsi kimi qeydə alınıb.   Sfera.az xəbər ...

Kainatda yeni qara dəlik aşkarlandı - Alimləri çaş-baş saldı

Yel Universitetindən astronom Piter Van Dokkum və onun rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu kainatın dərinliklərində yeni yaranmış superkütləli qara dəlik...

MİQ üzrə müsabiqənin vakansiya seçimi başlayır - Tarix açıqlandı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə start verilir.   Sfera.az xəbər verir ki, bu barədə İnsans Resusları Mərk...

Avqustda havanın temperaturu yüksək olacaq - AYLIQ PROQNOZ

Bu ilin avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.   Sfera.az xəbə...