Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlı verib.

 

Sfera.az xəbər verir ki, nazirlik bu barədə rəsmi "X" hesabında paylaşım edib.

 

"Qardaş Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda mehmanxanada yanğın zamanı insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, dost və qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik", - paylaşımda vurğulanıb.

 

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin Bolu bölgəsinin Kartalkaya xizək mərkəzindəki hoteldə yanğın baş verib. Yanğın nəticəsində 10 nəfər həlak olub, 32 nəfər yaralanıb.

 

Yanğının səbəbi hələ ki məlum deyil.


OXŞAR XƏBƏRLƏR

Çayda çimmək istəyərkən qəfildən suda batdı

İsmayıllıda 26 yaşlı şəxs çayda batıb.   Sfera.az xəbər verir ki, hadisə Göyçay çayının rayonun Gideyli kəndindən keçən hissəsində qeydə alınıb. &...

İranın bu şəhərində dəhşətli istilər qeydə alındı

Ötən 24 saat ərzində İranın cənub-şərqində yerləşən Xuzistan əyalətinin Ümidiyyə şəhəri dünyanın ən isti nöqtəsi kimi qeydə alınıb.   Sfera.az xəbər ...

Kainatda yeni qara dəlik aşkarlandı - Alimləri çaş-baş saldı

Yel Universitetindən astronom Piter Van Dokkum və onun rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu kainatın dərinliklərində yeni yaranmış superkütləli qara dəlik...

MİQ üzrə müsabiqənin vakansiya seçimi başlayır - Tarix açıqlandı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə start verilir.   Sfera.az xəbər verir ki, bu barədə İnsans Resusları Mərk...

Avqustda havanın temperaturu yüksək olacaq - AYLIQ PROQNOZ

Bu ilin avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.   Sfera.az xəbə...

Zaxarova Kandelakinin növbəti axtarış elanını ələ saldı

Ukrayna Təhlükəsizlik Xidmətinin TNT telekanalının direktoru Tina Kandelakinin axtarışda olduğunu elan etməsi absurddur.   Sfera.az xəbər verir ki, b...