İlham Əliyev Donald Trampı təbrik edib - MƏKTUB

İlham Əliyev Donald Trampı təbrik edib - MƏKTUB

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa təbrik məktubu göndərib.

 

Sfera.az bildirir ki, məktubda deyilir:

 

"Hörmətli cənab Prezident.

 

Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, dost Amerika xalqının rifahı naminə qarşıdakı məsul ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

 

Əminəm ki, Sizin gələcək fəaliyyətiniz dünyada sülhün təşviqində, beynəlxalq təhlükəsizliyin gücləndirilməsində önəmli rol oynayacaqdır.

 

Azərbaycan ilə Birləşmiş Ştatlar özlərinin milli təhlükəsizlik maraqları əsasında qlobal çağırışlar və təhdidlərə, beynəlxalq terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizədə daim sıx əməkdaşlıq ediblər.

 

ABŞ-nin müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edən, enerji sahəsində xoş ənənələrə əsaslan və möhkəm təməllər üzərində qurulmuş əməkdaşlığımızı yüksək qiymətləndirir, ölkəmizin enerji siyasətinə Sizin verdiyiniz daimi dəstəyinizi xüsusi vurğulamaq istərdim.

 

Biz həm ənənəvi, həm də yeni əməkdaşlıq sahələri üzrə Birləşmiş Ştatlar ilə fəal və səmərəli birgə işimizi, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığımızı bundan sonra da qətiyyətlə davam etdirmək və Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik.

 

İnanıram ki, Sizin yeni prezidentliyiniz dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcək və yeni məzmun kəsb edəcəkdir.

 

Bir daha Sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Amerika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".


OXŞAR XƏBƏRLƏR

Lider olmaq üçün doğulan 5 bürc - Siyahıda siz də varsınız?

Bəzi insanlar sanki doğulduqları andan etibarən liderliyə uyğundurlar. Astroloqlar digər bürclərə nisbətən daha çox ilhamverici lider, komandalarda hörmətli fiq...

Bu ölkədə internetə şəxsiyyət vəsiqəsi ilə giriş dövrü başladı

Böyük Britaniyada “təhlükəsiz internet” adı altında yeni qanun qüvvəyə minib.   Sfera.az xəbər verir ki, “Online Safety Act” ...

Emin Ağalarov: Avropanın ən böyük kazinosu “Sea Breeze”də tikiləcək

Tanınmış iş adamı və müğənni Emin Ağalarov yeni layihəsi ilə bağlı sensasion açıqlama verib.   Sfera.az xəbər verir ki, onun sözlərinə görə, Bakı yax...

Zaqatalada qadını vurub qaçan sürücü TUTULDU

Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol qəzası haqqında xəbər vermişdik. Belə ki, qadını vuraraq öldürən sürücü hadisə yerindən qaçmışdı.   Sf...

Çayda çimmək istəyərkən qəfildən suda batdı

İsmayıllıda 26 yaşlı şəxs çayda batıb.   Sfera.az xəbər verir ki, hadisə Göyçay çayının rayonun Gideyli kəndindən keçən hissəsində qeydə alınıb. &...

İranın bu şəhərində dəhşətli istilər qeydə alındı

Ötən 24 saat ərzində İranın cənub-şərqində yerləşən Xuzistan əyalətinin Ümidiyyə şəhəri dünyanın ən isti nöqtəsi kimi qeydə alınıb.   Sfera.az xəbər ...