UEFA Avropa Liqası: "Qarabağ" - FCSB oyununun təyinatları bəlli oldu

UEFA Avropa Liqası: "Qarabağ" - FCSB oyununun təyinatları bəlli oldu

Bakıda "Qarabağ" və Rumıniyanın FCSB komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun oyununun təyinatları bəlli olub.

 

Sfera.az xəbər verir ki,  qarşılaşma Slovakiyadan olan hakimlər briqadasına tapşırılıb.

 

Oyunu FIFA referisi Filip Qlova idarə edəcək. Ona Daniel Polaçek və Peter Bednar kömək göstərəcək. Dördüncü hakim funksiyasını Lukaş Zivyak yerinə yetirəcək. VAR-da Mihal Oçenaş, AVAR-da Martin Dohal əyləşəcək.

 

Görüşün hakim-inspektoru isveçli Martin Hansson, UEFA nümayəndəsi isə belaruslu Natalya Vorobyova olacaq.

 

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.


OXŞAR XƏBƏRLƏR

"Qaziantepspor" Səlcuq İnanla yolları ayırdı

Türkiyə Super Liqasında çıxış edən "Qaziantepspor" klubu baş məşqçi Səlcuq İnanla yolları ayırıb.   Sfera.az xəbər verir ki, bu barədə...

Ukrayna 30 günlük atəşkəsə razılaşdı

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan Avropa ölkələrinin liderləri ilə birlikdə Ağ Ev rəhbəri Donald Trampa zəng edib.   Sfera.a...

Müdafiə Nazirliyi: Ermənistan MN növbəti təxribata zəmin yaratmağa cəhd edir

Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış evinin zədələnməsi ...

Türkiyə Ukraynada atəşkəsə nəzarət etməyə hazıdır - Hakan Fidan

“Türkiyə Ukraynada qeyd-şərtsiz atəşkəsin təmin edilməsi səylərini dəstəkləyir və ona əməl olunmasına nəzarət etmək üçün missiyanın bir hissəsini yerinə y...

Pakistanın istifadə etdiyi silahlar diqqət mərkəzində - Bəzilərindən Azərbaycanda da var

Çin istehsalı Pakistan təyyarələri ilə (J-10) Fransa istehsalı Hindistan təyyarələri (“Rafael”) arasında hava döyüşü dünyanın diqqətini çəkib. Çinin...

Ağdamın Kəngərli kəndində körpələr evi-uşaq bağçasının açılışı olub

Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.   Sfera.az xəbər verir ki, dövlət ...