"COVID-19 peyvəndləri xərçəng xəstəliyinin yayılmasını sürətləndirdi" - Məşhur həkimdən QALMAQALLI AÇIQLAMA

"COVID-19 peyvəndləri xərçəng xəstəliyinin yayılmasını sürətləndirdi" - Məşhur həkimdən QALMAQALLI AÇIQLAMA

Sağlam həyat və qidalanma sahəsindəki təəccüblü açıqlamaları ilə tanınan Prof. Dr. Canan Karatay TGRT News proqramında qatıldığı müsahibəsində mübahisəli fikirlər səsləndirib.

 

Sfera.az milli.az-a istinadən  xəbər verir ki, Karatay pandemiyanı bir "ssenari" olaraq adlandırıb və peyvəndlərin türklərə qarşı məqsədli olaraq buraxıldığını bildirib. Onun bu açıqlamaları geniş müzakirələrə səbəb olub.

 

Prof. Dr. Karatay COVID-19 pandemiyasının sadəcə bir ssenari olduğunu iddia edib. Onun sözlərinə görə, COVID virusu yalnız bir qış qripi idi və heç bir dərman bu qripi məhv edə bilməzdi. Karatay Rokfeller və Bill Qeyts kimi şəxslərin pandemiyanın arxasında dayandığını iddia edərək, bunun qlobal bir layihə olduğunu vurğulayıb.

 

Karatay COVID-19 peyvəndlərinin immunitet sistemini zəiflətdiyini və xüsusilə türk xalqına qarşı buraxıldığını söyləyib. Onun iddialarına görə, Biontech peyvəndindəki yad maddələr türk xalqının sağlamlığına zərər verib. Ayrıca, Karatay bu peyvəndlərin dəri xəstəliklərini artırdığını və xərçəngin yayılmasına səbəb olduğunu bildirib.

 

Prof. Dr. Karatay virusların daim dəyişdiyini və buna görə də vaksinlərin effektiv olmadığını qeyd edib. O, xarici vətəndaşların peyvənd olunmadan səyahət etdiyini, amma türklərin bu imkana sahib olmadığını vurğulayıb. 

 

Prof. Dr. Canan Karatayın bu açıqlamaları geniş tənqidlərə səbəb olsa da, bir çox insan onun fikirlərini dəstəkləyib. Bu mövzuda müzakirələr davam edir.


OXŞAR XƏBƏRLƏR

Ukrayanaya nə qədər silah lazımdır?

ABŞ Prezidenti Donald Tramp artıq Ukraynaya Patriot hava hücumundan müdafiə sistemlərini göndərməyə başlayıb. Bu, münaqişə zonasında müdafiə qabiliyyətini güclə...

Həftəsonunadək hava necə olacaq?

Həftənin sonunadək ölkə ərazisinin hava şəraitində dəyişiklik gözlənilməsə də, son günlər müşahidə olunan cənub-şərq küləyi Abşeron yarımadasında şimal, şimal-ş...

Gəncədə avtomobil işıq dirəyinə, sonra divara çırpıldı - FOTO

  Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin dəmir yolu vağzalının yaxınlığında qeydə alınıb. ...

Paşinyandan mühüm açıqlama:"Sərhədə ermənilər yerləşdiriləcək, ABŞ isə..."

Amerika şirkəti Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizinin idarəedici operatoru ola bilər.   Sfera.az “İnterfaks...

Prezident daha 2 fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə m...

İlham Əliyev ipoteka kreditləri ilə bağlı fərman imzaladı

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasında dəyi...