İmişlidəki qəzanın səbəbkarı hadisə yeridən qaçıb - Rəsmi

İmişlidəki qəzanın səbəbkarı hadisə yeridən qaçıb - Rəsmi

 

Yanvarın 18-də İmişli şəhəri ərazisində “Mercedes-Benz” markalı fərdi nəqliyyat vasitəsi və “BMW” markalı DYP avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Sfera.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat ximıətinin məlumatına görə, faktla bağlı İmişli rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır:

 

“İlkin istintaq tədbirləri ilə İmişli rayon sakini 2008-ci il təvəllüdlü Bəylər Bayramlının qohumuna məxsus olan “Mercedes Benz 190” markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçıraraq, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə edib yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin ölümünə, bir şəxsin isə sağlamlığına ağır zərər vurulmasına səbəb olmasına və idarə etdiyi avtomobili qəzanın baş verdiyi yerdə saxlayaraq yol nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

 

Bəylər Bayramlı Cinayət Məcəlləsinin 185.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə), 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilən şəxs qismində olunub, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında İmişli rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib”.
 

 


OXŞAR XƏBƏRLƏR

Cərrahi əməliyyata gedən qazi niyə komaya düşüb?- AÇIQLAMA

Vətən müharibəsinin iştirakçısı Sübhan Hüseynov komaya düşüb. Ötən ay kista diaqnozu ilə Ucar Rayon Mərkəzinə Xəstəxanasına əməliyyat üçün müraciət edən Sübhanı...

Türkiyənin tanınmış geoloqu Celal Şengörün həbsi istənilir

İstanbulun Beykoz Respublika Prokurorluğu Türkiyənin tanınmış geoloqu və akademiki Celal Şengörün həbs edilməsi tələbi ilə ona qarşı ittiham aktı hazırlayıb. ...

Rusiya klubunun məşqçisinə cinayət işi açıldı

Ukrayna millisinin sabiq kapitanı, hazırda Sankt-Peterburqun “Zenit” klubunun məşqçi heyətində çalışan Anatoli Timoşuk barəsində cinayət işi açılıb....

Ərdoğan: Türkiyə Rusiya-Ukrayna danışıqlarının davam etdirilməsi üçün səy göstərəcək

Türkiyə Rusiya və Ukrayna arasında danışıqların davam etdirilməsi üçün səy göstərəcək.   Sfera.az “Anadolu” agentliyinə istinadən xəbər v...

"Barselona" və "Real" bu futbolçu ilə maraqlanır

İspaniyanın "Real" və "Barselona" klubları İngiltərə təmsilçisi "Kristal Pelas"da çıxış edən futbolçu Mark Qehi ilə maraqlanır. ...

Sabah Mədəniyyət Nazirliyinin tabeliyindəki muzeylərdə "açıq qapı" günü olacaq

Sabah 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Mədəniyyət Nazirliyinin tabeliyindəki muzeylərdə "açıq qapı" günü olacaq.   Bu barədə ...