Məhkum qadın həbsxanasına girmək üçün cinsini dəyişdi

Məhkum qadın həbsxanasına girmək üçün cinsini dəyişdi

Almaniyada məhkum olunmuş şəxs cinsiyyətini və adını dəyişdirib. Belə ki, nifrəti qızışdırdığına görə həbsxanada olan sağçı ekstremist cinsi ayrı-seçkilik qorxusundan qadın həbsxanasına köçürülməsini təmin etmək üçün bu addımı atıb. 

 

Sfera.az bildirir ki, hüquq-mühafizə orqanlarının sözlərinə görə, cinsin dəyişdirilməsi məhkumun avtomatik olaraq qadın həbsxanasına köçürülməsi demək deyil və onun cinayət keçmişinə təsir etməyəcək.

 

Jurnalistlər bildirirlər ki, 53 yaşlı Sven Liebig nifrət və böhtan atmaqda ittiham olunaraq bir il yarım müddətinə azadlıqdan məhrum edilib. İndi o, Saksoniyadakı kişi həbsxanasında 18 aylıq cəza çəkir. Cinsi diskriminasiya qorxusu səbəbindən cinsini və adını dəyişmək qərarına gələn Sven indi Marla-Svenja Liebig adı ilə keçir.

 

Qeyd edək ki, Liebig cinsini dəyişdirdikdən sonra xarici görünüşünü dəyişməyib. Əksinə, indi onun saqqalı uzanıb.

 

Neo-nasist Batkivşina partiyası və sağçı Almaniya üçün Alternativ partiyası ilə əlaqəli olan Liebig bu addımı qadın həbsxanasına köçürmək üçün açıq cəhdlə atıb. Bununla belə, rəsmilər qanunvericiliyə edilən dəyişikliyin köçürülməyə zəmanət vermədiyini deyirlər.

 

"Kişinin cinsini və adını dəyişdikdən sonra qadın həbsxanasına göndəriləcəyinə avtomatik təminat yoxdur. Hər bir işə fərdi şəkildə baxılacaq"- deyə yerli prokurorluğun sözçüsü bildirib.

 

Almaniya Federal Cinayət Reyestrinin nümayəndəsinin sözlərinə görə, Liebigin cinsiyyətinin dəyişməsi onun cinayət stajına təsir etməyəcək. O qeyd edib ki, gender haqqında qanunun dəyişdirilməsi ikinci dərəcəli əhəmiyyət kəsb edir.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...