Bu gecə ilə bağlı XƏBƏRDARLIQ: altı planet...


Bu gecə ilə bağlı XƏBƏRDARLIQ: altı planet...

Bu gecə "planetlərin paradı"nı müşahidə etmək üçün ən yaxşı vaxtdır. Belə ki, Venera, Mars, Yupiter, Saturn, Uran və Neptun eyni zamanda görünmə zonasında olacaqlar.

 

Sfera.az bildirir ki, Venera, Mars, Yupiter və Saturnu adi gözlə, Uran və Neptunu isə binokl və ya teleskopla görmək mümkün olacaq. "Planetlərin paradı" 21 yanvardan 25 yanvara qədər davam edəcək.

 

Venera və Saturn səma qübbəsinin cənub-qərbində, Yupiter cənubda, Mars isə cənub-şərq və ya şərqdə görünür. Bu planetlər digər ulduzlardan daha parlaq olacaq, Mars qırmızımtıl-narıncı nöqtə kimi görünəcək.

 

Yeri gəlmişkən, fevralın sonunda "parad"a Merkuri də qoşulacaq. Beləliklə, Günəş sisteminin bütün planetlərini görmək mümkün olacaq.

 

Qeyd edək ki, "kiçik parad" səmada dördə qədər planetin bir-birinə yaxın toplaşmasıdır və bu, kifayət qədər geniş yayılmış hadisədir. "Böyük parad" - beşdən artıq planetin bir yerdə görünməsi isə nadir hallarda baş verir. (Oxu.az)


OXŞAR XƏBƏRLƏR

BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib

Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İran ərazisi üzərində hava məkanının müvəqqəti məhdudlaşdırılması səbəbindən marşrutunu dəyişərə...

Rusiyada azərbaycanlı iş adamı belə həbs edildi- ANBAAN VİDEO

Voronejdə azərbaycanlı sahibkar Yusif Xəlilov həbs edilib.   Sfera.az xəbər verir ki, bu haqda “Report” məlumat yayıb.   Y.Xəl...

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...