Evdə köhnə telefonu olanlara ŞAD XƏBƏR

Evdə köhnə telefonu olanlara ŞAD XƏBƏR

Bugünkü texnologiyanın sürətli inkişafı ilə bir çox insan köhnəlmiş və istifadəsiz qalan smartfonlarını sadəcə atır. Lakin, köhnə telefonlar əslində çox müxtəlif və faydalı funksiyalar yerinə yetirə bilər.

 

Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, istifadə etmədiyiniz smartfonu atmaq yerinə onu evinizdə müxtəlif məqsədlər üçün istifadə edə bilərsiniz.

 

Məsələn, köhnə telefonunuzu sadə bir təhlükəsizlik kamerası kimi istifadə etmək mümkündür. Bunun üçün yalnız bir neçə əsas avadanlıq, məsələn, stend, şarj cihazı və "Alfred Camera" kimi tətbiqetmələrə ehtiyacınız olacaq. Telefonu müvafiq bir yerə yerləşdirərək əsas telefonunuz vasitəsilə evdə baş verənləri uzaqdan izləyə bilərsiniz.

 

Əgər videoregistrator almağa pul xərcləmək istəmirsinizsə, köhnə telefonunuz əsl alternativə çevrilə bilər. "Droid Dashcam" kimi proqramlar vasitəsilə, yolda səyahət edərkən videolar çəkə və əyləncəli anları qeyd edə bilərsiniz. Eyni zamanda uşağınıza nəzarət etmək üçün də bu telefonlardan istifadə etmək mümkündür. Məsələn, "BabyCam" kimi tətbiqlər körpənizi izləməyin yanı sıra, ona uzaqdan da ünsiyyət qurmağa imkan tanıyır. Hər iki cihaza bu proqramı quraşdıraraq, övladınıza nəzarət etmək çox daha rahat və sərfəli olar.

 

Köhnə telefonunuzu əyləncə məqsədilə də istifadə edə bilərsiniz. Musiqi dinləmək, videolar izləmək və ya elektron kitablar oxumaq üçün bu telefon çox faydalı ola bilər. Həmçinin, əsas telefonunuzda batareya qənaəti əldə edər və diqqətinizi yayındıran amilləri azaldarsınız. Bu sadə dəyişikliklə köhnə telefonlar hələ də çox səmərəli bir alətə çevrilə bilər.


OXŞAR XƏBƏRLƏR

BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib

Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İran ərazisi üzərində hava məkanının müvəqqəti məhdudlaşdırılması səbəbindən marşrutunu dəyişərə...

Rusiyada azərbaycanlı iş adamı belə həbs edildi- ANBAAN VİDEO

Voronejdə azərbaycanlı sahibkar Yusif Xəlilov həbs edilib.   Sfera.az xəbər verir ki, bu haqda “Report” məlumat yayıb.   Y.Xəl...

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...