"Zəlzələ peyğəmbəri" TARİX VERDİ: "Türkiyədə yenidən 7 bal gücündə..."

"Zəlzələ peyğəmbəri" TARİX VERDİ: "Türkiyədə yenidən 7 bal gücündə..."

2023-cü ilin fevralında Türkiyədə zəlzələ olacağını proqnozlaşdıran hollandiyalı tədqiqatçı, "zəlzələ peyğəmbəri" Frank Huqerbits fevralın sonunda Yaxın Şərqdə güclü zəlzələ proqnozu verib.

 

Sfera.az bildirir ki, Huqerbits proqnozunu astronomik müşahidələr əsasında qurur. Belə ki, onun fikrincə, fevralın 24-də Merkuri, Yer və Mars planetləri düzüləcək. Onun nəzəriyyəsinə görə, planetlər arasında cazibə qüvvəsi Yerin daxilində maqma təlatümünə səbəb ola bilər ki, bu da seysmik aktivliyə səbəb olacaq.

 

Xüsusilə Türkiyənin şərqində və İranda Rixter cədvəli üzrə 6-7 bal gücündə zəlzələ riski barədə xəbərdarlıq edir. Bununla belə, Yaxın Şərqin digər regionlarının sakinlərinə də ayıq-sayıq olmaları tövsiyə olunur.

 

Huqerbitsin "SSGEOS" (Günəş Sistemi Həndəsə Tədqiqi) institutuna rəhbərlik etməsinə baxmayaraq, onun metodologiyası mübahisəlidir. Əksər alimlər planetlərin hərəkətinin zəlzələlərə təsiri ilə bağlı fərziyyəni rədd edərək, elmi sübutların olmamasına işarə edirlər.

 

İsrailli ekspertlər vurğulayırlar ki, mümkün zəlzələlərə hazırlıq astronomik fərziyyələrə deyil, sübut edilmiş geoloji məlumatlara əsaslanmalıdır. (Lent.az)


OXŞAR XƏBƏRLƏR

ABŞ bu sahədə Çinə uduzacaq: "Üstünlüyümüz uzun sürməyəcək”

“OpenAI”nin baş direktoru Sam Altman ABŞ Senatında verdiyi açıqlamada Amerikanın süni intellekt (SI) sahəsindəki liderliyinin Çin qarşısında davamlı...

Metro və dəmir yolundan istifadə edənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Böyük şəhərlərin dayanıqlı inkişafında relsli nəqliyyat - metro və dəmir yolu sistemləri ən effektiv həll yollarından biri sayılır.   Sfera.az x...

Nə üçün Bakını ziyarət edək? - "Forbes" Azərbaycandan yazdı

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Bakı haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda Bakının tarixi, ...

Azərbaycanlı aktrisadan cəsarətli paylaşım – FOTOLAR

Türkiyədə yaşayan tanınmış aktrisa Nəsrin Cavadzadə yenə də diqqətləri üzərinə çəkməyi bacarıb. Aktrisa bu dəfə başdan-ayağa transparan libas seçimi ilə gündəmə...

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...

Hindistanda 32 hava limanı yeni işlək hala gəldi

Hindistan hakimiyyəti Hindistan-Pakistan sərhədində artan gərginlik fonunda əvvəllər bağlanmış 32 hava limanının fəaliyyətini bərpa etmək qərarına gəlib. &nb...