Trampla Putin arasında mümkün danışıq nə zaman baş tuta bilər?

Trampla Putin arasında mümkün danışıq nə zaman baş tuta bilər?

“Rusiya və ABŞ prezidentləri arasında telefon danışıqları Amerika liderinin inauqurasiyasından bir-iki həftə sonra baş tutub”.

 

Sfera.az bildirir ki, bununla bağlı “TASS” agentliyi araşdırma aparıb.

 

Qeyd olunub ki, 2021-ci ilin yanvarında ABŞ-nin hazırkı Prezidenti Co Bayden inauqurasiyasından altı gün sonra Putinlə danışıb.

 

“Eyni zamanda, 2009-cu ilin yanvarında ABŞ-nin prezidenti Barak Obama ilə Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedev arasında söhbət olub. 2017-ci ilin yanvarında keçirilən andiçmə mərasimindən səkkiz gün sonra Donald Trampla Putin arasında telefon danışığı olub”.

 

Agentlik qeyd edib ki,  Rusiya lideri 2001-ci ilin yanvarında ABŞ-nin 43-cü prezidentinin andiçmə mərasimindən 11 gün sonra və 2005-ci ilin yanvarında 12 gün sonra Corc Buşla telefonla danışıb.

 

“İstisna 2013-cü ildə Obamanın ikinci dəfə ABŞ prezidenti vəzifəsinə başlaması zamanı oldu. Belə ki, onlar inauqurasiyadan 40 gün sonra - 2013-cü il martın 1-də danışdılar. Lakin Rusiya lideri amerikalı həmkarını hələ 2012-ci ilin noyabrında telefonla yenidən prezident seçilməsi münasibətilə təbrik etmişdi”.

 

Qeyd edək ki, Donald Trampın ABŞ prezidenti kimi andiçmə mərasimi yanvarın 20-də Vaşinqtonda baş tutacaq. “CNN” mənbələrə istinadən xəbər verir ki, o, öz komandasına vəzifəsinin icrasına başladıqdan sonra bir neçə gün ərzində Rusiya lideri ilə telefon danışığı təşkil etməyi tapşırıb.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

İranın bu şəhərində dəhşətli istilər qeydə alındı

Ötən 24 saat ərzində İranın cənub-şərqində yerləşən Xuzistan əyalətinin Ümidiyyə şəhəri dünyanın ən isti nöqtəsi kimi qeydə alınıb.   Sfera.az xəbər ...

Kainatda yeni qara dəlik aşkarlandı - Alimləri çaş-baş saldı

Yel Universitetindən astronom Piter Van Dokkum və onun rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu kainatın dərinliklərində yeni yaranmış superkütləli qara dəlik...

MİQ üzrə müsabiqənin vakansiya seçimi başlayır - Tarix açıqlandı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə start verilir.   Sfera.az xəbər verir ki, bu barədə İnsans Resusları Mərk...

Avqustda havanın temperaturu yüksək olacaq - AYLIQ PROQNOZ

Bu ilin avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.   Sfera.az xəbə...

Zaxarova Kandelakinin növbəti axtarış elanını ələ saldı

Ukrayna Təhlükəsizlik Xidmətinin TNT telekanalının direktoru Tina Kandelakinin axtarışda olduğunu elan etməsi absurddur.   Sfera.az xəbər verir ki, b...

Futbolda bu qaydalar dəyişdirildi

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) tərəfindən qəbul edilmiş son dəyişikliklərə əsasən, bir sıra qaydalara yeni əlavələr və düzəlişlər edilib. &n...