"Ermənistanın Aİ-yə üzvülüyü mümkün görünmür, çünki..." - Politoloq səbəbləri SADALADI

"Ermənistanın Aİ-yə üzvülüyü mümkün görünmür, çünki..." - Politoloq səbəbləri SADALADI

Ötən həftə Ermənistan hökuməti ölkənin Avropa İttifaqına (Aİ) daxil olması prosesinə başlamaqla bağlı qanun layihəsini təsdiqləyib və onu parlamentin müzakirəsinə göndərib. Aİ Ermənistanın üzvlük üçün mümkün müraciətini ətraflı nəzərdən keçirəcək.

 

Maraqlıdır, Ermənistan Aİ-yə üzv ola biləcəkmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistanın Avropa İttifaqına üzvülüyü mümkün görünmür.

 

Onun sözlərinə görə, Ermənistanın üzvülük üçün Aİ ilə quru sərhədi olmalıdır:

 

“Azərbaycanla sülh müqaviləsi bağlandıqdan sonra Türkiyə ilə əlaqələri normallaşdırmalıdır. Bundan əlavə, Türkiyə Avropa İttifaqına üzv olmalıdır ki, Ermənistan da birliyə üzv olsun. Ermənistan Türkiyə vasitəsilə Aİ ilə quru sərhədə malik ola bilər. Ermənistan çalışır ki, Türkiyə ilə normallaşma prosesini sürətləndirsin. Bu il ərzində Türkiyə və Ermənistan diplomatik əlaqələri qurula bilər. Rəsmi Ankara da bunun üçün Azərbaycanla iki ölkə arasında sülh müqaviləsinin bağlanması üçün çalışır. Türkiyə də Fransa və Rusiyanın Ermənistanda mövqeyinin güclənməməsi üçün bu ölkə ilə sərhədləri açıb, prosesləri idarə etməyi hədəfləyir”. 

 

M.Əsədullazadə qeyd etdi ki, Türkiyə geopolitik planı olan "Qafqaz Evi" qurmaq və Qafqazda geosiyasi mövqelərini möhkəmləndirmək üçün Azərbaycan və Ermənistanla sülh müqaviləsinin bağlanmasına çalışır:

 

“Türkiyə Cənubi Qafqazda siyasi sabitlik və sülhü təmin edə bilərsə, Avropa İttifaqına üzv ola bilər. Çünki beynəlxalq siyasi nizam dəyişir və Avropa İttifaqının Türkiyə kimi cənub-şərq cinahı üçün bir ölkəyə ehtiyacı yaranacaq”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Çayda çimmək istəyərkən qəfildən suda batdı

İsmayıllıda 26 yaşlı şəxs çayda batıb.   Sfera.az xəbər verir ki, hadisə Göyçay çayının rayonun Gideyli kəndindən keçən hissəsində qeydə alınıb. &...

İranın bu şəhərində dəhşətli istilər qeydə alındı

Ötən 24 saat ərzində İranın cənub-şərqində yerləşən Xuzistan əyalətinin Ümidiyyə şəhəri dünyanın ən isti nöqtəsi kimi qeydə alınıb.   Sfera.az xəbər ...

Kainatda yeni qara dəlik aşkarlandı - Alimləri çaş-baş saldı

Yel Universitetindən astronom Piter Van Dokkum və onun rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu kainatın dərinliklərində yeni yaranmış superkütləli qara dəlik...

MİQ üzrə müsabiqənin vakansiya seçimi başlayır - Tarix açıqlandı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə start verilir.   Sfera.az xəbər verir ki, bu barədə İnsans Resusları Mərk...

Avqustda havanın temperaturu yüksək olacaq - AYLIQ PROQNOZ

Bu ilin avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.   Sfera.az xəbə...

Zaxarova Kandelakinin növbəti axtarış elanını ələ saldı

Ukrayna Təhlükəsizlik Xidmətinin TNT telekanalının direktoru Tina Kandelakinin axtarışda olduğunu elan etməsi absurddur.   Sfera.az xəbər verir ki, b...