"Həmyerlimiz meymunçiçəyinin Qərbi Afrika ştammına yoluxub, ölüm halı... - AÇIQLAMA

"Həmyerlimiz meymunçiçəyinin Qərbi Afrika ştammına yoluxub, ölüm halı... - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda ilk dəfə meymunçiçəyi virusuna yoluxma halı qeydə alınıb. Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatına görə, 22 yaşlı Azərbaycan vətəndaşı bu il yanvarın əvvəlində xarici ölkəyə səfər edib və qayıdandan sonra onda halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları müşahidə olunub. 

 

Bu virus hansı problemlərə səbəb ola bilər?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən professor, tibb elmləri doktoru Musa Qəniyev deyib ki, insanlar bu infeksiyanın kütləviləşərək epidemik hala keçməsindən qorxurlar. Onun sözlərinə görə, müqayisəli elmi təhlil belə bir halın baş vermə ehtimalını inkar edir:

 

“Çünki bu hal yalnız virusun genomunda kəskin aqressivliyə səbəb olan mutatik dəyişikliyin baş verməsi halında mümkün ola bilər. Qeydiyyata alındığı tarixdən keçən son 56 ildə, meymunçiçəyi virusunun insanlardan 26 il fasilə ilə alınmış ştammlarının genom quruluşunun müqayisəli tədqiqi, nuklein ardıcıllığında, aqressivliyə səbəb olan struktur dəyişikliyinin baş vermədiyini, yalnız nuklein zəncirinin bəzi lokal sahələrində virusun potensial fəallığının sönməsinin təsdiqi olan nöqtə mutasiyasının baş verdiyini sübut edir. Məlumdur ki, bu virusun iki - Qərbi və Mərkəzi Afrika ştammı var.  Virulentliklərində nisbi fərqlilik olsa da, bunlar eyni-identik ştammlar hesab olunur. Mərkəzi Afrika ştammı ilə müqayisədə, Qərbi Afrika ştammına tutulanların sayı az, ölüm halı isə ümumiyyətlə, qeydə alınmayıb. Rəsmi mənbənin söylədiyi klinik əlamətlərin etibarlığı halında, həmyerlimiz Qərbi Afrika ştammına yoluxub və o, tezliklə sağalacaq”.

 

Professor bildirdi ki, şəxsin hospitalizasiya olunana qədər yaxın ətrafı ilə taktil ünsiyyət səbəbindən yoluxma sayının artma ehtimalı inkar oluna bilməz:

 

“Lakin meymunçiçəyi virusunun ölkəmizdə kütləvi şəkildə yayılması mümkün deyil. Yəni bu ehtimal sıfır faizdir. Odur ki, stressə düşməyə, gərginliyə, ümidsizliyə qapılmağa heç bir əsas yoxdur. Sadəcə olaraq, dəfələrlə söylədiyim kimi iyrənc ünsiyyət və görüş formasından əl çəkib, normal həyatımızı yaşamalıyıq”.

 

Türkan  


OXŞAR XƏBƏRLƏR

Ödənişli yolda qəza: biri vurdu, digərləri üstündən keçdi...

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ölüm hadisəsi baş verib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, iyulun 1-i səhə...

Serj Sarkisyana qarşı rüşvət almaq ittihamı irəli sürüldü

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyana qarşı rüşvət almaq və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ittihamı irəli sürülüb.   Sfera.a...

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...

Qarpızdan 16 nəfər zəhərlənib

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.  ...

"Azərbaycanın baş prokuroru ilə əlaqədəyik" - Peskov

İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın baş prokuroru ilə əlaqədədir, tərəflər Yekaterinburq və Bakıda baş vermiş rezonans hadisələrin araşd...