Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu

Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu

Bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibəti ilə əlaqədar Azərbaycanın bütün ərazisində bir dəqiqəlik sükut olub.

 

Sfera.az xəbər verir ki, Bakı Dəniz Limanına yan alan gəmilər və paytaxt yollarında hərəkət edən avtomobillər səs siqnalları verib, Azərbaycan xalqının başına gətirilən faciəni hər kəs anıb.

 

Bakı metrosunda qatarlardan fit səsinin müşayiəti ilə bir dəqiqəlik sükut elan edilib.

 

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib.

 

Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

 

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb.

 

Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub. Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.

 

Sovet qoşunlarının hərəkətlərində 1945-1946-cı illərdə keçirilmiş və tarixə Nürnberq prosesi kimi düşmüş beynəlxalq tribunalda pislənilən bütün əlamətlər müşahidə edilib.

 

Ümumilikdə, Azərbaycanın 150 nəfər 20 Yanvar şəhidi var.


OXŞAR XƏBƏRLƏR

Ukrayanaya nə qədər silah lazımdır?

ABŞ Prezidenti Donald Tramp artıq Ukraynaya Patriot hava hücumundan müdafiə sistemlərini göndərməyə başlayıb. Bu, münaqişə zonasında müdafiə qabiliyyətini güclə...

Həftəsonunadək hava necə olacaq?

Həftənin sonunadək ölkə ərazisinin hava şəraitində dəyişiklik gözlənilməsə də, son günlər müşahidə olunan cənub-şərq küləyi Abşeron yarımadasında şimal, şimal-ş...

Gəncədə avtomobil işıq dirəyinə, sonra divara çırpıldı - FOTO

  Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin dəmir yolu vağzalının yaxınlığında qeydə alınıb. ...

Paşinyandan mühüm açıqlama:"Sərhədə ermənilər yerləşdiriləcək, ABŞ isə..."

Amerika şirkəti Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizinin idarəedici operatoru ola bilər.   Sfera.az “İnterfaks...

Prezident daha 2 fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə m...

İlham Əliyev ipoteka kreditləri ilə bağlı fərman imzaladı

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasında dəyi...