Messi ilin ilk qolunu belə vurdu – VİDEO


Messi ilin ilk qolunu belə vurdu – VİDEO

Yanvarın 19-da “İnter Mayami” (ABŞ) və “Amerika ” (Meksika) komandaları arasında yoldaşlıq oyunu keçirilib.

 

Sfera.az xəbər verir ki, oyun Nevadadakı “Elligent” stadionunda baş tutub. Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb və penaltilər seriyasında Amerika komandası daha dəqiq olub – 3:2.

 

“İnter Mayami” yeni mövsümə hazırlaşır Devid Bekhemin klubu üçün bu, yeni ildə ilk oyunu idi.

 

2025-ci ildə komanda üçün ilk qolu əfsanəvi argentinalı Lionel Messi vurub . 34-cü dəqiqədə Luis Suaresin ötürməsindən sonra Leo topu başı ilə rəqib qapısına göndərib.

 

Messi və Suares meydanda 65 dəqiqə, “Barselona”nın digər iki keçmiş futbolçusu Xordi Alba və Serxio Buskets isə 72 dəqiqə oynayıb.

 

“İnter Mayami” Tomas Avilesin vurduğu qol sayəsində yalnız 90+2-də oyunu penaltilər seriyasına keçirə bilib.

 

 


OXŞAR XƏBƏRLƏR

İstanbulda iki metrobus toqquşdu: ölü və yaralılar var

İstanbulun Bəylikdüzü rayonunda iki metrobus toqquşub.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.   Məlumata görə...

Prezidentdən mühüm mesaj: Bizimlə hesablaşmayan...

Bu, (Vətən müharibəsində Zəfər – red.) bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş ...

Rusiyalı müğənni Anna Netrebko axtarışa verildi

Rusiya və Avstriya opera müğənnisi Anna Netrebko axtarışa verilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanal...

Abşeronda Heydər Əliyevlə bağlı silsilə tədbirlər keçirildi- FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib....

Prezidentlə xanımının incəsənət xadimləri ilə səmimi- GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.   Sfera.az&...

Yasda iştirak edən qadın qəfil öldü

Mingəçevirdə yas məclisində iştirak edən qadın ölüb.   Sfera.az Unikal.az-a istinadən xəbər verir ki, şəhərin Təbriz küçəsində yerləşən mərasim evind...