“Filmdə ərsəyə gətirilmiş bütün faktlar reallığı əks etdirirdi” -Əli Vəliyev

“Filmdə ərsəyə gətirilmiş bütün faktlar reallığı əks etdirirdi” -Əli Vəliyev

NUHÇIXAN  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında tarixi Sədərək döyüşlərinin 35 illiyinə həsr olunmuş "Sədərəkdən Şuşaya" filminin təqdimat mərasimində Manset.az saytının baş redaktoru Əli Vəliyev bildirib.

 

"Bu filmin nümayiş olunduğu zalda, bəlkə, ən gənc sədərəklilərdən biri idim. Mənim həmin hadisələr vaxtı, təxminən, 4-5 yaşım var idi. Mən film haqqında onu deyə bilərəm ki, filmdə ərsəyə gətirilmiş bütün faktlar reallığı əks etdirirdi. Eyni zamanda Nəzifə ananın timsalında Azərbaycan qadınının qəhrəmanlığı göstərilirdi."

 

"Filmdə çox gözəl bir fikir də vurğulandı ki, məhz, biz ilk qələbəmizi 1990-cı ildə Sədərək döyüşlərində qazanmışıq” bu ifadə mənim çox xoşuma gəldi. Təbrik edirəm bir daha. Çox uğurlu bir filmdir."

 

Qeyd edək ki, Naxçıvan televiziyasının hazırladığı, müəllifi Sahil Tahirli olan “Sədərəkdən Şuşaya” sənədli televiziya filmində hadisələr Sədərək döyüşlərində iştirak etmiş qazilərin, döyüşçülərin və həmin döyüşlərdə həkim kimi çalışmış qəhrəman qadın Nəzifə Qaybalıyevanın timsalında nümayiş etdirilir.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev ipoteka kreditləri ilə bağlı fərman imzaladı

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasında dəyi...

Beyləqanda qadın qətlə yetirildi - 23 yaşlı oğlan TUTULDU

Beyləqanda qətl hadisəsi baş verib. Hadisə rayonun Bolsulu kəndində qeydə alınıb.    Sfera.az xəbər verir ki, belə ki, 1967-ci il təvəllüdl...

Gümüşün qiyməti davamlı artacaq - Proqnoz

ABŞ-nın böyük investisiya banklarından olan "Citigroup" hesab edir ki, yaxın aylarda gümüşün bir troya unsiyasının qiyməti 40 dolları ötəcək.  ...

Azərbaycanda mopedlərin iştirakı ilə baş verən ağır qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ

Bu ilin 6 ayı ərzində respublika yollarında moped və motosiklet sürücülərinin təqsiri səbəbindən 17 yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbə...

Fransa ABŞ silahlarını almayacaq

Fransa ABŞ silahlarının Avropa ölkələri tərəfindən maliyyələşdiriləcək Ukraynaya verilməsi təşəbbüsündə iştirak etmək niyyətində deyil.    Sfera...

Bakıda "Porsche"nin xanım sürücüsü maşını yolun ortasında saxlayıb mübahisə etdi, tıxac yarandı - VİDEO

Bakıda sürücü avtomobilini yolun ortasında saxlayaraq digər sürücü ilə mübahisə edib, nəticədə prospektdə nəqliyyatın hərəkəti dayanıb.   Sfera.az xə...