Osmanlı Sultanlarının zəhərlənməyə qarşı istifadə etdiyi maraqlı üsul - FOTO

Osmanlı Sultanlarının zəhərlənməyə qarşı istifadə etdiyi maraqlı üsul - FOTO

Osmanlı sultanları sarayda sui-qəsd cəhdlərinə qarşı müxtəlif tədbirlər görürdülər. Bu tədbirlərdən birinin yeməklərdə istifadə edilən seladon çini qab olduğu düşünülür. Xalq arasında “zəhər testi” kimi tanınan bu inanca görə, seladon çiniləri zəhərli maddələr aşkar edərək rəngini dəyişirdi. İnanca görə, sultanlar yeməklərini bu çinilərlə süfrəyə verməklə mümkün zəhərli hücumlara qarşı tədbir görmüşlər.

 

Ancaq həqiqətən belə bir vəziyyət var idimi? Osmanlı sultanları sui-qəsddən ehtiyat olaraq seladon çinidən istifadə edirdilər, yoxsa sadəcə mədəniyyətlərinə uyğun gəldiyi üçün bunu seçmişdilər?
 

Sfera.az bu barədə maraqlı yazı təqdim edir.

 

Çin malp olaraq da bilinən seladon çini, Osmanlı dövründə ən çox istifadə edilən mətbəx qablarından biri idi.
 

Topqapı Sarayı Muzeyində 14-cü əsrə aid bu çini kolleksiyasını görmək mümkündür. Bəs bu çiniləri bu qədər qiymətli edən nədir?
 

Bəzi rəvayətlərə görə, seladon çinisinin içinə yerləşdirilən zəhərli maddələri hiss edərək rəngini dəyişdiyinə inanılırdı.
 

Bu səbəbdən sultanların yeməklərində zəhərli maddələrdən istifadə edilərsə, çininin rəngini dəyişəcəyi və beləliklə də mümkün sui-qəsd cəhdlərinin qarşısı alınacağı düşünülürdü.
 

Dos. İrem Palanın apardığı araşdırmaya görə, bu inancın heç bir elmi əsası yoxdur. Araşdırmalar göstərib ki, seladon çini zəhərli maddələrlə təmasda olduqda rəngini dəyişmir.


Bu vəziyyət Osmanlı dövründə bu inancın bir batil inanc olduğunu ortaya qoyur.

 

Hər şey bir yana, seladon çini hələ də Osmanlı sarayında qiymətli əşyalar arasında idi və süfrə mədəniyyətində mühüm yer tuturdu.
Çində istehsal olunan bu çini qablar Osmanlı sarayına gətirilərək zamanla Osmanlı sənətinə inteqrasiya olunub. Seladon çini üzərindəki naxışlar və rənglər Osmanlı sənətinin estetik anlayışını əks etdirir.
 

Beləliklə, gördüyünüz kimi, Osmanlı dövründə zəhərlənmə qorxusunun qarşısını almaq üçün seladon çinisinin istifadə edildiyinə dair bir inanc mövcud olsa da, bu inancın heç bir elmi əsasının olmadığı anlaşılır.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

Aygün Mirzəyevaya hökm oxundu

Lənkəran bələdiyyəsinin keçmiş sədri Aygün Mirzəyevaya hökm oxunub.   Sfera.az xəbər verir ki, keçmiş bələdiyyə sədri Lənkəran Rayon Məhkəməsi tərəfi...

Dayə qiymətlərinə görə övladına özü baxacaq

Bir neçə müddət öncə ana olan aktrisa Pınar Dəniz bahalı dayə qiymətlərindən şikaətlənib.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki...

"Birbank"ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışması başa çatdı

Maliyyə xidmətləri ilə yanaşı gənclərin bilik və bacarıqlarının inkişafına yönələn layihələrlə gündəmə gələn Birbank hazırlıqlı, bilikli mütəxəssislərin əmək ba...

İqtisadi Şuranın iclası olub - Sahil Babayevin təqdimatı dinlənilib - FOTO

İqtisadi Şuranın növbəti iclası keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verib.   Məlumata əsasən, iclasd...

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı &ld...

FİFA və UEFA-nın AFFA-ya nə qədər vəsait ayırdığı MƏLUM OLDU

Azərbaycanda futbolun və onun idarəetmə sisteminin inkişafına nail olmaq üçün UEFA-nın "Hat-Trick" Həmrəylik proqramları çərçivəsində 2023/2024 və 202...