Birinci Dünya Müharibəsinin ən qeyri-adi əsgəri: Meymun Ceki

Birinci Dünya Müharibəsinin ən qeyri-adi əsgəri: Meymun Ceki

Birinci Dünya Müharibəsində iştirak edən ən qeyri-adi əsgərlərdən biri Ceki adlı meymun olub. Sahibi Cənubi Afrikalı əsgərlə cəbhəyə qoşulan Ceki cəsarətinə görə təkcə dost deyil, həm də əsl qəhrəman olmağı bacarıb. Ceki uniforma geyinərək onbaşı rütbəsi qazanaraq müharibənin çətinliklərinə tab gətirib.

Sfera.az tarixə düşən meymunun hekayəsini təqdim edir.
 

Birinci Dünya Müharibəsi bəşəriyyətin indiyə qədər gördüyü ən qəddar müharibələrdən biri idi. Lakin bu müharibə təkcə insan qəhrəmanları haqqında deyil, həm də meymunun epik hekayəsi idi.
 

Cənubi Afrikada yaşayan Ceki Albert Marrın yoldaşı və heç vaxt sahibinin yanından ayrılmayan sadiq dost idi. Ceki adi bir meymun kimi görünürdü, bəzən gənc yaşlarında onu övladlığa götürən Marra yük daşımaqla, bəzən də tənhalığından qurtulmağa kömək edirdi.
 

Lakin 1915-ci ildə Marr Cənubi Afrikadakı 3-cü Piyada Diviziyasına qoşulmağa qərar verəndə bu adi hekayə qeyri-adi bir macəraya çevrildi.
 

Marr yol yoldaşı Cekini geridə qoymağa dözə bilmədi və onunla birlikdə orduya qatılmaq istədi. Komandirlər əvvəlcə bunun zarafat olduğunu düşünüb güldülər.
 

Lakin Cekinin zəkası, nizam-intizamlı davranışı və Marra sədaqəti tezliklə bütün bölməni heyran etdi. Ceki rəsmi əsgər kimi qəbul edildi; ona xüsusi geyim forması, kiçik bel çantası, hətta hərbi papaq da verilib. Onbaşı rütbəsi ilə Ceki digər əsgərlər kimi təlimlərə qatıldı, düşərgədə yaşadı və ön cəbhədə xidmət etdi.
 

Müharibənin dəhşətli siması ilə tanış olan Ceki sadəcə bir maskot deyildi. O, əsgərlərə artilleriya mərmilərindən qorunmaq üçün xəbərdarlıq edir, səngərlər qazmağa kömək edir, şənlikləri ilə ruhdan düşmüş əsgərlərə dəstək verirdi. Lakin bir gün Ceki düşmənin hücumu nəticəsində ağır yaralanır.
 

Onun bir ayağı çox zədələnmişdi və qanqren olduğu üçün amputasiya edilməli idi. Cənubi Afrika ordusu Cekiyə qəhrəmanlıq və şücaətinə görə xüsusi medal təqdim edib. Müharibədən sonra Ceki və Marr Cənubi Afrikaya qayıdıblar.
 

Ceki müharibənin yaralarını daşısa da, həyatının qalan hissəsini ən böyük dostu ilə sülh içində keçirdi. Tarixdə iz qoyan bu qeyri-adi meymun 1921-ci ildə dünyasını dəyişib. Onbaşı Ceki həm döyüş meydanında, həm də bəşəriyyətin qəlbində əfsanəvi yer tutmuşdur.

 

Xanım


OXŞAR XƏBƏRLƏR

Aygün Mirzəyevaya hökm oxundu

Lənkəran bələdiyyəsinin keçmiş sədri Aygün Mirzəyevaya hökm oxunub.   Sfera.az xəbər verir ki, keçmiş bələdiyyə sədri Lənkəran Rayon Məhkəməsi tərəfi...

Dayə qiymətlərinə görə övladına özü baxacaq

Bir neçə müddət öncə ana olan aktrisa Pınar Dəniz bahalı dayə qiymətlərindən şikaətlənib.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki...

"Birbank"ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışması başa çatdı

Maliyyə xidmətləri ilə yanaşı gənclərin bilik və bacarıqlarının inkişafına yönələn layihələrlə gündəmə gələn Birbank hazırlıqlı, bilikli mütəxəssislərin əmək ba...

İqtisadi Şuranın iclası olub - Sahil Babayevin təqdimatı dinlənilib - FOTO

İqtisadi Şuranın növbəti iclası keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verib.   Məlumata əsasən, iclasd...

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı &ld...

FİFA və UEFA-nın AFFA-ya nə qədər vəsait ayırdığı MƏLUM OLDU

Azərbaycanda futbolun və onun idarəetmə sisteminin inkişafına nail olmaq üçün UEFA-nın "Hat-Trick" Həmrəylik proqramları çərçivəsində 2023/2024 və 202...