İspaniyada kanatın qırılması nəticəsində 30 nəfər yaralanıb

İspaniyada kanatın qırılması nəticəsində 30 nəfər yaralanıb

İspaniyada kanatın qırılması nəticəsində onlarla insan yaralanıb.
 

Sfera.az-ın məlumatına görə, hadisə ölkənin Fransa ilə sərhədində Pireney dağ silsiləsində yerləşən Astun xizək kurortunda baş verib.
 

Dövlət telekanalı hadisə nəticəsində 80-ə yaxın insanın kanatda sıxışıb qaldığını bildirib.
 

Məlumata görə, qəza nəticəsində ən azı 30 nəfər yaralanıb. Onlardan 9-nun vəziyyəti ağır olaraq qiymətləndirilir.
 

Hadisənin səbəbi hazırda məlum deyil.


İspaniyanın Baş naziri Pedro Sançes “qəza xəbərindən şoka düşdüyünü" deyib: "Yaralılara və onların ailələrinə bütün səbrimizi bildiririk".


OXŞAR XƏBƏRLƏR