"Bu saziş İranın Rusiya-Ukrayna müharibəsində iştirakını leqallaşdırır" - AÇIQLAMA

"Bu saziş İranın Rusiya-Ukrayna müharibəsində iştirakını leqallaşdırır" - AÇIQLAMA

Yanvarın 12-də Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalanıb. Mərasim Kremldəki danışıqlardan sonra baş tutub.

 

Maraqlıdır, bu sənəd proseslərin inkişafına hansı təsirləri göstərəcək?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, sənədlə Moskva ilə Tehran arasındakı münasibətlər yeni səviyyəyə çatacaq. Onun sözlərinə görə, müqavilə hər iki ölkənin strateji tərəfdaş statusunu təmin edir:

 

“Eyni zamanda saziş, uzunmüddətli perspektivdə əməkdaşlığın gələcək inkişafı üçün hüquqi bazanı müəyyən edir. İki ölkə rəsmilərinin sözlərinə görə, saziş müdafiə, terrorla mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya daxil olmaqla bütün sahələri əhatə edir. İndiki həssas məqamda hər iki tərəfin qarşılıqlı şəkildə əlaqələri gücləndirməyə ehtiyacı var. Bu baxımdan Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi hər iki tərəf üçün mühüm əhəmiyyətə malikdir”. 

 

K.Novruzov qeyd edib ki, hazırkı vəziyyət Rusiya və İranın güclərini birləşdirməsini hər iki tərəf üçün zəruri edir:

 

“Çünki indi həm Moskva, həm də Tehran çətin vəziyyətdədir. Qərb dövlətləri hər iki oyunçuya təsir edir, onların müxtəlif regionlardakı imkanlarını zəiflədir. İmzalanan sazişdə ən diqqətçəkən məqamlardan biri, sözsüz ki, müdafiə və terrorla mübarizə ilə bağlıdır. Bu, o deməkdir ki, Ukrayna ilə müharibədə İranın Rusiyaya dəstəyi artacaq. Bu, özünü xüsusilə "Şahed" PUA-larının tədarükünün artırılmasında göstərə bilər.

 

Həmçinin indiyədək müəyyən qədər gizli göstərilən dəstək artıq qanuniləşəcək. Başqa sözlə desək, İranın Şərqi Avropadakı müharibədəki iştirakı leqallaşacaq. Bunun əvəzində Rusiya da İrana kömək edəcək. Nəzərə almaq lazımdır ki, İranın Yaxın Şərqdəki mövqeləri getdikcə zəifləyir. İsraillə İranın birbaşa müharibə ehtimalı getdikcə artır. Belə bir vəziyyətdə Moskva Tehrana dəstək olacaq”.

 

Şərhçinin fikrincə, tərəflər arasında sözügedən sənədin ABŞ-də hakimiyyət dəyişikliyi ərəfəsində imzalanması təsadüfi deyil:

 

“Belə ki, Respublikaçıların lideri Donald Tramp hakimiyyətə gələndən sonra Vaşinqtonun həm Moskva, həm də Tehrana münasibəti dəyişəcək.  Yeni hakimiyyət Moskvaya qarşı daha loyal olsa da, Tehrana qarşı münasibəti sərtləşdirəcək. Bu, özünü xüsusilə sanksiyaların gücləndirilməsində göstərəcək. Unutmaq lazım deyil ki, Respublikaçılar və şəxsən Tramp İranın ən böyük düşmənidir. Tehran perspektivdə nələr ola biləcəyini anlayır. Ona görə də indidən Rusiya ilə münasibətləri gücləndirir, preventiv addım atır. Əslində, sözügedən saziş həm də dünyadakı qütbləşmənin təzahürüdür. Qərb iki ölkə arasındakı Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişini yaxşı qarşılamayacaq və hər iki tərəfə təzyiqi artıracaq”.

 

Firuzə Əliyeva 
 


OXŞAR XƏBƏRLƏR

Bu ölkədə internetə şəxsiyyət vəsiqəsi ilə giriş dövrü başladı

Böyük Britaniyada “təhlükəsiz internet” adı altında yeni qanun qüvvəyə minib.   Sfera.az xəbər verir ki, “Online Safety Act” ...

Emin Ağalarov: Avropanın ən böyük kazinosu “Sea Breeze”də tikiləcək

Tanınmış iş adamı və müğənni Emin Ağalarov yeni layihəsi ilə bağlı sensasion açıqlama verib.   Sfera.az xəbər verir ki, onun sözlərinə görə, Bakı yax...

Zaqatalada qadını vurub qaçan sürücü TUTULDU

Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol qəzası haqqında xəbər vermişdik. Belə ki, qadını vuraraq öldürən sürücü hadisə yerindən qaçmışdı.   Sf...

Çayda çimmək istəyərkən qəfildən suda batdı

İsmayıllıda 26 yaşlı şəxs çayda batıb.   Sfera.az xəbər verir ki, hadisə Göyçay çayının rayonun Gideyli kəndindən keçən hissəsində qeydə alınıb. &...

İranın bu şəhərində dəhşətli istilər qeydə alındı

Ötən 24 saat ərzində İranın cənub-şərqində yerləşən Xuzistan əyalətinin Ümidiyyə şəhəri dünyanın ən isti nöqtəsi kimi qeydə alınıb.   Sfera.az xəbər ...

Kainatda yeni qara dəlik aşkarlandı - Alimləri çaş-baş saldı

Yel Universitetindən astronom Piter Van Dokkum və onun rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu kainatın dərinliklərində yeni yaranmış superkütləli qara dəlik...