“TikTok” sabahdan bağlana bilər - XƏBƏRDARLIQ!

“TikTok” sabahdan bağlana bilər - XƏBƏRDARLIQ!

ABŞ Ali Məhkəməsinin verdiyi qərardan sonra Çin şirkəti yanvarın 19-da Amerika istifadəçiləri üçün “TikTok”u bağlamaq haqqında düşünür. 


Sfera.az xatırladır ki, ABŞ Ali Məhkəməsi Çinin “ByteDance” şirkətinə məxsus olan “TikTok”un ABŞ-dəkı fəaliyyətini davam etdirməsi üçün yanvarın 19-na qədər vaxt verib. Həmin tarixə qədər “TikTok”un ABŞ-dəki yayım hüquqi başqa bir arzulanan şəxsə satılmalıdır. Bu qərardan o nəticə çıxır ki, platforma qeyd edilən tarixə qədər satılmasa, ABŞ-də tamamilə qadağan olunacaq. 


“TikTok”un ABŞ-də 170 milyondan çox istifadəçisi var. Şirkət bu qədər istifadəçini itirmək istəmirsə, təcili olaraq ABŞ-də alıcı tapmalıdır, əks halda o, proqram mağazalarından və internet provayderlərindən silinəcək. 


Ağ Evin bəyanatında deyilir ki, qanunun icrası yanvarın 20-də vəzifəyə başlayacaq Donald Tramp administrasiyasının üzərinə düşür. Tramp daha əvvəl “TikTok”u xilas etməyin bir yolunu tapacağını deyərək istifadəçilərə ümid vermişdi. 


Konqresin həm Demokrat, həm də Respublikaçı üzvləri keçən il Çin hökuməti ilə mümkün əlaqələrə görə “TikTok”un qadağan edilməsi lehinə birləşdilər. ABŞ hesab edir ki, “TikTok” əldə etdiyi məlumatları Çin hökuməti ilə paylaşır. 


Qanuna görə, “ByteDance” platformanın ABŞ-də fəaliyyətini davam etdirməsi üçün “TikTok”u “neytral tərəfə” satmalıdır. Bu satış baş verməsə, “Apple” və “Google” “TikTok”u tətbiq mağazalarından siləcək və mövcud istifadəçilər təhlükəsizlik yeniləmələrindən məhrum olacaqlar. Bu o deməkdir ki, proqram bir müddət sonra tamamilə yararsız hala düşəcək. 


“ByteDance” əvvəllər “TikTok”гт satışını rədd etmişdi. 


“TikTok” üçün vaxt daralır. ABŞ-də fəaliyyətini davam etdirmək istəyən “ByteDance” "TikTok"un taleyi ilə bağlı yaxın bir neçə gün ərzində qərar verməlidir.


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...