Ebru Gündeşin keçmiş əri evləndi - FOTOLAR

Ebru Gündeşin keçmiş əri evləndi - FOTOLAR

Azərbaycanlı iş adamı Reza Zarrab ikinci dəfə ailə qurub.

 

Sfera.az xəbər verir ki, bununla bağlı “Bitter” jurnalı məlumat yayıb.  Bildirilib ki, o, Mayamidə Dilara Altıntopla nikah bağlayıb. Reza özünə 3 gün 3 gecə toy edib. 

 

Lüks məclisdə İbrahim Tatlıses, Derya Tuna və Demet Akalın kimi simalar iştirak edib. 

 

Ümumilikdə 150 nəfərin iştirak etdiyi toy 3 gün fərqli məkanlarda keçirilib. Birinci gündə lüks hotellərin birində məclis baş tutub. İkinci gün Atlantik okeanında yaxta turuna çıxıblar. Həmin günün sonunda Reza ilə xanımının şərəfinə atəşfəşanlıq edilib. 16 yanvardakı əsas toy məclisi isə Mayamidə “Vizcaya Museum and Gardens”də keçirilib.

 

Məkanda konsept qırmızı rəng üzərində qurulub. Cütlük fotosessiyadan sonra hotelə ağ, retro maşınla təşrif buyurub. Dilara toy üçün yarıqlı, bir qollu libas geyinib. Daha sonra isə Elio Abou Fayssalın “Yuxuların seriyası” adlı kolleksiyasından paltar seçib. Toydan öncə qonaqlara şəkil və video çəkilməməsi üçün xəbərdarlıq edilib. Məclisdən görüntülərin yayılmaması üçün öncədən bütün qonaqların telefonları əllərindən alınıb.

 

Qeyd edək ki, R. Zarrab daha əvvəl müğənni Ebru Gündeşlə evli olub, onların bir qızı var.

 

 


OXŞAR XƏBƏRLƏR

Mərkəzi Bank sığorta brokerinin lisenziyasını ləğv etdi

“Odlar Yurdu Sığorta Brokeri” Məhdud Məsuliyyətli Cəmiyyətinin (Cəmiyyət) lisenziyası ləğv edilib.   Sfera.az xəbər verir ki, bu barədə A...

Aygün Mirzəyevaya hökm oxundu

Lənkəran bələdiyyəsinin keçmiş sədri Aygün Mirzəyevaya hökm oxunub.   Sfera.az xəbər verir ki, keçmiş bələdiyyə sədri Lənkəran Rayon Məhkəməsi tərəfi...

Dayə qiymətlərinə görə övladına özü baxacaq

Bir neçə müddət öncə ana olan aktrisa Pınar Dəniz bahalı dayə qiymətlərindən şikaətlənib.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki...

"Birbank"ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışması başa çatdı

Maliyyə xidmətləri ilə yanaşı gənclərin bilik və bacarıqlarının inkişafına yönələn layihələrlə gündəmə gələn Birbank hazırlıqlı, bilikli mütəxəssislərin əmək ba...

İqtisadi Şuranın iclası olub - Sahil Babayevin təqdimatı dinlənilib - FOTO

İqtisadi Şuranın növbəti iclası keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verib.   Məlumata əsasən, iclasd...

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı &ld...