Təyyarə qəzasında həlak olan pilotun qızı “Azərbaycan” mahnısını oxudu - FOTOLAR

Təyyarə qəzasında həlak olan pilotun qızı “Azərbaycan” mahnısını oxudu - FOTOLAR

Bakı Kitab Mərkəzində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş “20 Yanvar – Azadlığın Zirvə Günü” adlı tədbir keçirilib.

 

Sfera.az xəbər verir ki, tədbirin əvvəlində ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının və Aktau şəhərinin yaxınlığında təyyarə qəzasında həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Bildirilib ki, 20 Yanvar faciəsi xalqımızın yaddaşında qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. Azadlığımıza, müstəqilliyimizə gedən yol məhz bu gündən başlayır.

 

Sonra Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Teatr sənəti", "Milli rəqs", "Vokal" dərnəklərinin və "Çiçəyim" uşaq teatrının üzvləri mövzuya aid səhnəciklər, rəqslər nümayiş etdirib, şeirlər və mahnılar ifa ediblər.

 

Azərbaycanın Milli Qəhrəmanı, təyyarə qəzasında həlak olan kapitan, pilot İqor Kşnyakinin qızı Darya Kşnyakina "Azərbaycan" mahnısını səsləndirib.

 

Tədbirdə paytaxtımızın müxtəlif orta məktəblərinin şagirdləri iştirak ediblər.

 

Təyyarə qəzasında həlak olan pilotun qızı “Azərbaycan” mahnısını oxudu - FOTOLAR

Təyyarə qəzasında həlak olan pilotun qızı “Azərbaycan” mahnısını oxudu - FOTOLAR

Təyyarə qəzasında həlak olan pilotun qızı “Azərbaycan” mahnısını oxudu - FOTOLAR

 


OXŞAR XƏBƏRLƏR

Mövsümün ən yaxşı baş məşqçisi kim olacaq?

İngiltərə Premyer Liqası 2024/25 mövsümünün ən yaxşı baş məşqçisi adına namizədlərin siyahısını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə turni...

Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı

Ötən ilin oktyabrından Bakıda itkin düşmüş şəxs kimi axtarılan şəxs tapılıb.   DİN-in Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, itkin kimi axtarı...

Bu bürclər pulu maqnit kimi özünə çəkəcək - YAXIN GÜNLƏRDƏ!

Ulduzlar bəzi bürclərin həyatında maliyyə baxımından uğurlu günlərin yaxınlaşdığını xəbər verir.   5 bürc yaxın günlərdə bolluq və rifahla qarşılaşa ...

Azərbaycanda bu məhsulun satışı qadağan edildi

"Vakuumlu qanalma iynəsi (kəpənək) 23G" ticarət adlı tibb vasitəsinin bir seriyası geri çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Səh...

Tanınmış ilahiyyatçıdan valideynlərə ÇAĞIRIŞ: Oğlan övladlarınızı sünnət

Dini mövzularda fərqli fikirləri cəmiyyət tərəfindən çox vaxt birmənalı qarşılanmayan ilahiyyatçı Elşad Miri bu dəfə sünnətlə bağlı açıqlaması ilə qalmaqal yara...

Bir neçə ay komada qalan tələbə vəfat etdi

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin tələbəsi vəfat edib.   Sfera.az “Unikal”a istinadən bildirir ki...