Ötən gün ölkədə 41 kiloqramdan artıq narkotik aşkarlandı

Cəmiyyət
10:11 / 18.01.2025
7874
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 17-də ümumi çəkisi 41 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 38,6 kiloqramdan artıq marixuana, 2,4 kiloqramdan çox heroin, həmçinin 59 ədəd metadon həbi olub.