"Ermənistan bunu xarici siyasətindəki uğuru kimi anlasa da, bölgədə..." - AÇIQLAMA

"Ermənistan bunu xarici siyasətindəki uğuru kimi anlasa da, bölgədə..." - AÇIQLAMA

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 16-da gürcüstanlı həmkarı Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib ki, Ermənistandakı revanşist meyillər Azərbaycan üçün narahatlıq mənbəyidir. “Cənubi Qafqazdakı təhlükəsizlik mühiti, Ermənistan-Azərbaycan postmünaqişə məsələsi də bugünkü görüşün müzakirə mövzusu olub. Azərbaycan-Gürcüstan münasibətlərini səciyyələndirən amillərdən biri də bir-birimizin ərazi bütövlüyünü dəstəkləməyimizdir. Ermənistanın Azərbaycana münasibətində isə biz bunu deyə bilmərik”, - XİN başçısı vurğulayıb. 

 

C.Bayramov əlavə edib ki, Azərbaycan hərbi güclə beynəlxalq hüququn tələblərini icra etmək məcburiyyətində qalıb: “Bütün bunlara baxmayaraq, Azərbaycan Ermənistana sülh müqaviləsi üzərində işləməyi təklif edib. Son dörd ildə sülh sazişi üzrə çox böyük irəliləyiş əldə olunub, delimitasiya üzrə ilkin müsbət nəticələr əldə olunub. Ancaq hələ də Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalır”.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov xatırladıb ki,  Azərbaycanın  sülh üçün konkret şərtləri var və həmin şərtlərdən ən vacibi Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsi, bunu konstitusiya səviyyəsində təsdiqləməsidir:

 

“Aydın məsələdir ki, Ermənistan konstitusiyasına müvafiq dəyişikliyi etmədikcə sülh sazişi imzalanmayacaq. Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü məsələsini gündəmə gətirməsi və ABŞ ilə strateji tərəfdaşlıq barədə imzalanan sənəd, əlbəttə, Cənubi Qafqazdakı proseslər üçün də təsirsiz olmayacaq. Rəsmi İrəvan hər iki məsələni özünün xarici siyasətindəki uğuru kimi anlayır. Əslində isə həm Vaşinqton, həm də Brüsselin İrəvana təsir “rıçaqları” güclənir. Bu, perspektivdə bölgədə yeni toqquşmaya səbəb olur”.

 

Ekspert bildirdi ki, mümkün hərbi gərginlik Ermənistan üçün mənfi nəticələr vəd edir:

 

“Üstəlik, Ermənistan "Qərbin qucağına oturması" nəticəsində gələcəkdə Ukraynanın taleyini yaşaya, Rusiyanın hərbi müdaxiləsinə məruz qala bilər. Beləliklə, əslində zaman Ermənistanın əleyhinə işləyir. Rəsmi İrəvan bunu anlamalı və Azərbaycan şərtləri daxilində sülhə razı olmalıdır. Əks halda, Ermənistan müharibə yolunu seçmiş olacaq”.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...