Kaliforniyada yanğın qurbanlarının sayı 27 nəfərə çatdı

Kaliforniyada yanğın qurbanlarının sayı 27 nəfərə çatdı

Kaliforniya ştatının Los-Anceles dairəsində baş verən meşə yanğınları nəticəsində ən azı 27 nəfər həlak olub, 18 nəfər itkin düşmüş hesab olunur.

 

Sfera.az xəbər verir ki, bu barədə Məhkəmə-Tibbi Ekspertiza Departamentinin məlumatlarından bəlli olub.

 

Qurumun saytında dərc olunmuş məlumata görə, yanğın yerində 27 nəfərin cəsədi tapılıb. Onların əksəriyyətinin şəxsiyyəti hələ müəyyən edilməyib. Daha əvvəl 25 nəfərin həlak olduğu bildirilmişdi.

 

ABC telekanalının məlumatına görə, Los-Anceles Dairəsi Şerifinin İdarəsi itkin düşənlərin real sayının daha çox ola biləcəyini ehtimal edir.

 

Los-Anceles dairəsində meşə yanğınları yanvarın 7-dən yayılmağa başlayıb. Meteoroloqların fikrincə, buna səbəb quru və çox küləkli hava şəraiti olub. Yanğınlar 16 min hektardan çox ərazini əhatə edib, 12,3 mindən çox tikili, o cümlədən məşhurların evləri yanaraq kül olub. İqtisadi zərər 250 milyard dollardan çox məbləğdə qiymətləndirilir.


OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...