Sanksiyalar Rusiyanın neft ticarətini çətinləşdirdi - Qiymətlər YÜKSƏLİR

Sanksiyalar Rusiyanın neft ticarətini çətinləşdirdi - Qiymətlər YÜKSƏLİR

ABŞ-nin Rusiya tankerlərinə qarşı son sanksiyaları Sakit okean və Arktika limanlarından satılan gündəlik 1,5 milyon barrel xam neftin ixracını məhdudlaşdıra bilər.

 

Sfera.az xəbər verir ki, sanksiyalar Rusiya ticarətində iştirak edən 158 neft tankerini hədəf alır. Onların çoxu ixtisaslaşdırılmış və sifarişlə tikilən gəmilərdir. Həmin gəmiləri digərləri ilə dəyişmək çətindir.

 

Qiymətləndirmələrə görə, sanksiyalarla bağlı Baltik və Qara dəniz limanlarından “Ural” markalı neftin daşınması qismən azalacaq. Məhdudiyyətlərdən ən çox təsirlənən Arktika və Saxalin limanlarından daşınan neft olacaq. Hər gün bu limanlardan 550 000 barrel xam neft daşınır.

 

Regionun xüsusiyyəti nəzərə alınaraq buradakı neft xüsusi tankerlər vasitəsilə ixrac olunurdu. Sanksiyalardan sonra həmin tankerlərlə daşıma mümkün olmayacaq.

 

Şərqi Sibirdən də neft daşınmasında sıxıntı yaranacaq. Buradan gündə təxminən 900 000 barrel xam neft daşınırdı. Rusiyanın ixrac etdiyi əsas neft “Ural” markasına aid olan neftdir. “Ural” nefti, əsasən, qərbdə yerləşən 3 limandan daşınır. Gündə təxminən 1,8 milyon barrel “Ural” neftinin daşınmasına dair məlumat mövcuddur. Bu neftin əsas alıcısı Hindistandır.

 

Hindistanla bərabər, Türkiyə də “Ural”ın alıcılarındandır. Sanksiyalarla əlaqədar “Ural” nefti daşıyan tankerlərin 75 faizi xidmət göstərə bilməyəcək. Rus tankerlərinin sanksiya ilə üzləşməsi dünyada təklif edilən neftin həcminin azalmasına səbəb olub ki, bu da qiymətləri artırıb.

 

Sanksiyaların tətbiqindən sonra “Brent” markalı neft 5 dollar bahalaşıb.

 

Vasif

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...