Slovakiyada məktəb qətliamı azı iki nəfərin ölümü ilə nəticələnib

Slovakiyada məktəb qətliamı azı iki nəfərin ölümü ilə nəticələnib

Bu gün Slovakiyanın Spiska Stara Ves şəhərində məktəbdə qətliam baş verib. Dərs zamanı 18 yaşlı oğlan bıçaqla müəllimə və iki sinif yoldaşına hücum edib. Ən azı iki ölüm faktı təsdiqlənib, hücum edən qurbanlardan biri reanimasiyada ağır vəziyyətdədir.

Sfera.az bildirir ki, hüquq-mühafizə orqanları tələbəni qarda izlərlə tapdıqlarını, itlərin də hadisə yerində işlədiyi barədə məlumat verib. Oğlan şəhər kənarında tarlada qaçarkən tutulub.
 

Az sonra hadisə yerinə bir neçə təcili yardım briqadası gəlib, lakin qurbanların sayı hələ ki, məlum deyil. Hadisə yerli vaxtla saat 13:00 radələrində baş verib.
 

Hüquq-mühafizə orqanları 18 yaşlı tələbəni axtarışa verib, vətəndaşları heç bir halda onu özbaşına saxlamağa cəhd etməməyə çağırıb. Lakin bir müddət sonra, hadisədən təxminən bir saat sonra polis hücum edənin saxlanıldığını və həbs zamanı onun heç bir ciddi xəsarət almadığını bildirib.


Slovakiya mətbuatı cinayəti törədən oğlanın əla tələbə və idmançı olduğunu yazır. O, təhsil müəssisəsini tez-tez olimpiadalarda, idman yarışlarında təmsil edib. Hadisə baş verən gün şübhəli şəxs imtahanlarda olub.

Uşağı həmyaşıdlarına və müəlliminə vəhşicəsinə hücum etməyə nəyin təhrik etdiyi hələlik məlum deyil.


Aynil

 


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...