Bakıda evdən meyit tapıldı

Cəmiyyət
19:30 / 16.01.2025
6404
Bakıda evdən meyit tapılıb.
Sfera.az xəbər verir ki, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb.
65 yaşlı Zaur Rəhim oğlu Qafarovun meyiti qəsəbə ərazisindəki yaşadığı evdə tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır./lent.az