Daha bir cərrah əməliyyat zamanı canlı yayın açdı - VİDEO

Daha bir cərrah əməliyyat zamanı canlı yayın açdı - VİDEO

Daha bir cərrah əməliyyat zamanı canlı yayın açaraq prosesi izləyicilərinə nümayiş etdirib. 

 

Sfera.az xəbər verir ki, son zamanlarda cərrahların əslində sterilliyi daim qorunmalı olan və heç bir yad cismin daxil olmadığı əməliyyat otağından paylaşımlarının ard-arası kəsilmir. 

 

Sosial şəbəkələrdə "Azər-Türk Med" klinikasında plastik cərrahın əməliyyat zamanı TikTok platformasında canlı yayın açması ilə bağlı görüntülər yayılıb.

 

Görüntülərdən məlum olur ki, bədən şəkilləndirmə əməliyyatı zamanı işçilərdən biri musiqi sədaları altında yazılan şərhləri oxuyur və cavablandırır. Həkimlər isə bu əsnada xəstədən piy çıxarmağa davam edir. Bu hadisə izləyicilərin tənqidinə səbəb olub.

 

Steril mühitin pozulmasını, pasiyentin sağlamlığının riskə atılmasını qınayan sosial şəbəkə istifadəçiləri bu davranışı həkimin və tibb müəssisəsinin pasiyentlərə qarşı qeyri-peşəkar yanaşması kimi qiymətləndiriblər.

 

Məsələ ilə bağlı əməliyyatda iştirak edən cərrah Təbəssüm Qurbanova ilə əlaqə saxladıq.

 

O, saytımıza açıqlamasında bu fikirləri səsləndirib:

 

"Başa düşürəm, hazırda plastik cərrahların işi gündəmə açıq bir mövzudur. İnsanlar bilmədən qınayırlar, amma mən qanunazidd heç bir addım atmamışam. Canlı yayımlarda nə əlcəksiz, nə maskasız, nə da saçı açıq bir tibb işçisi görə bilməzsiniz. Çünki bizim əməliyyatlarda bütün sterillik qorunur. Biz əksər əməliyyatlarımız zamanı sosial şəbəkələrdə canlı yayım açırıq. Bu, bizim işimizin düzgün şəkildə təbliği üçün yararlıdır. Xüsusilə də bədən şəkilləndirmə əməliyyatı bugünkü gündə diqqət çəkən mövzudur. Mənim pasiyentlərim elə canlılarıma baxaraq müraciət edirlər".

 

“Xəstənin icazəsi məsələsinə gəldikdə isə mənim əməliyyat masama uzanan hər bir pasiyent canlı yayım açacağım ehtimalının olduğunu bilir. Əvvəlcədən biz bütün xəstələrin buna razılığını alırıq”, - deyə cərrah əlavə edib.

 

Onu da əlavə edək ki, xarici ölkələrdə pasiyent haqqında məlumatı yayan həkimlər həbs olunur. Sosial şəbəkələrdə, televiziyalarda həkimləri kiminsə reklam etməsi böyük bir biabırçılıqdır. Bu cür paylaşımlar, canlı yayımlar korporativ maraqlara xidmət edir. Belə hallar təbabətin mənəvi göstəriciləri ilə ziddir.

 

Qeyd edək ki, yaxın günlərdə də oxşar bir hadisə baş verib. Mama-ginekoloq Ləman Əliyevaya əməliyyat zamanı iş yoldaşları tərəfindən sürpriz edilib. Belə ki, hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şam üfürüb.

 

Bu görüntülərin sosial şəbəkədə yayılmasından sonra Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən yoxlamalara başlanılıb. Məsələ araşdırılıb, dörd nəfər ümumilikdə 2000 manat cərimələnib (lent.az). 

 


OXŞAR XƏBƏRLƏR

Kürdə suyun səviyyəsi son 15 ildə ilk dəfə artdı

2010-cu ildə baş verən daşqınları çıxmaq şərti ilə, yaxın 15 ildə Kürdə suyun qalxması nəticəsində çay öz məcrasından çıxmayıb. Son illərdə ilk dəfədir ki, bu i...

Mövsümün ən yaxşı baş məşqçisi kim olacaq?

İngiltərə Premyer Liqası 2024/25 mövsümünün ən yaxşı baş məşqçisi adına namizədlərin siyahısını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə turni...

Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı

Ötən ilin oktyabrından Bakıda itkin düşmüş şəxs kimi axtarılan şəxs tapılıb.   DİN-in Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, itkin kimi axtarı...

Bu bürclər pulu maqnit kimi özünə çəkəcək - YAXIN GÜNLƏRDƏ!

Ulduzlar bəzi bürclərin həyatında maliyyə baxımından uğurlu günlərin yaxınlaşdığını xəbər verir.   5 bürc yaxın günlərdə bolluq və rifahla qarşılaşa ...

Azərbaycanda bu məhsulun satışı qadağan edildi

"Vakuumlu qanalma iynəsi (kəpənək) 23G" ticarət adlı tibb vasitəsinin bir seriyası geri çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Səh...

Tanınmış ilahiyyatçıdan valideynlərə ÇAĞIRIŞ: Oğlan övladlarınızı sünnət

Dini mövzularda fərqli fikirləri cəmiyyət tərəfindən çox vaxt birmənalı qarşılanmayan ilahiyyatçı Elşad Miri bu dəfə sünnətlə bağlı açıqlaması ilə qalmaqal yara...