"Xaos, böhranlar, təbii fəlakətlər, yadplanetlilərlə..." - Yusuf Güneydən 2025-ci il PROQNOZLARI

"Xaos, böhranlar, təbii fəlakətlər, yadplanetlilərlə..." - Yusuf Güneydən 2025-ci il PROQNOZLARI

Son zamanlar türkiyəli müğənni Yusuf Güney astral səyahət və gələcək proqnozları ilə diqqət çəkir. O, 2025-ci il üçün də bir sıra proqnozlar səsləndirib.

 

Sfera.az bu dəfə həmin məlumatı təqdim edir.

 

Yusuf Güney 2025-ci ildə dünyada yadplanetlilərlə əlaqənin artacağını proqnozlaşdırır. O, insanların bu varlıqlar haqqında daha çox məlumat əldə edəcəyini və onların mövcudluğu barədə cəmiyyətin daha çox məlumatlanacağını bildirir. Güney özünün də yadplanetlilərlə tanış olduğunu iddia edib və bu təcrübələrinin insanlara çatdırılmasının çətin olduğunu bildirib.

 

2025-ci ildə təbii fəlakətlərin artacağına dair də Yusuf Güneyin proqnozları var. Onun sözlərinə görə, dünya təbiətində baş verəcək ciddi dəyişikliklər, insanları təbii fəlakətlərlə üz-üzə qoyacaq və bu məsələlər daha çox diqqət tələb edəcək. O, bu hadisələrin insanların həyatında əsas gündəm mövzusuna çevriləcəyini vurğulayıb.

 

Güney bəzi bölgələrdə istilaların və çətinliklərin artacağını da deyib. O,  “İstila başladı” ifadəsini istifadə edərək, bəzi yerlərdə xaos və böhranların baş qaldıracağını və insanların bu mövzuda narahat olacağını söyləyib. Ümumiyyətlə, onun 2025-ci il üçün proqnozları əsasən mistik, metafizik və dünya xarici hadisələrə yönəlib. 

 

Türkan 


OXŞAR XƏBƏRLƏR

Aygün Mirzəyevaya hökm oxundu

Lənkəran bələdiyyəsinin keçmiş sədri Aygün Mirzəyevaya hökm oxunub.   Sfera.az xəbər verir ki, keçmiş bələdiyyə sədri Lənkəran Rayon Məhkəməsi tərəfi...

Dayə qiymətlərinə görə övladına özü baxacaq

Bir neçə müddət öncə ana olan aktrisa Pınar Dəniz bahalı dayə qiymətlərindən şikaətlənib.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki...

"Birbank"ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışması başa çatdı

Maliyyə xidmətləri ilə yanaşı gənclərin bilik və bacarıqlarının inkişafına yönələn layihələrlə gündəmə gələn Birbank hazırlıqlı, bilikli mütəxəssislərin əmək ba...

İqtisadi Şuranın iclası olub - Sahil Babayevin təqdimatı dinlənilib - FOTO

İqtisadi Şuranın növbəti iclası keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verib.   Məlumata əsasən, iclasd...

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı &ld...

FİFA və UEFA-nın AFFA-ya nə qədər vəsait ayırdığı MƏLUM OLDU

Azərbaycanda futbolun və onun idarəetmə sisteminin inkişafına nail olmaq üçün UEFA-nın "Hat-Trick" Həmrəylik proqramları çərçivəsində 2023/2024 və 202...