Zelenskini Trampla görüşə tələsdirən əsas səbəb nədir? - AÇIQLAMA

Zelenskini Trampla görüşə tələsdirən əsas səbəb nədir? - AÇIQLAMA

“Kiyev və Vaşinqton artıq ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla inauqurasiya mərasimindən sonra keçiriləcək görüş üzərində işləyir”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Varşavada Polşanın Baş naziri Donald Tuskla keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, Ukrayna üçün müharibəni ədalətli şərtlərlə bitirmək prioritetdir. 

 

Maraqlıdır, Zelenski Trampla görüş üçün niyə tələsir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, hakimiyyət dəyişikliyindən sonra ABŞ Ukraynaya dəstəyi azaldacaq:

 

“Tramp Kiyev və Moskvanı danışıqlar masasına oturtmağa və yekun sülhə nail olmaq istəyir. Bununla belə Ukrayna tam məğlub vəziyyətdə danışıqlara razı olmayacaq. Rusiyanı şantaj edə biləcək qazanca ehtiyac var. Bu baxımdan, xüsusilə son zamanlar Ukraynanın Rusiyanın Kursk vilayətində fəallaşmasını təsadüfi hesab etmirəm. Bu, perspektivdə ərazi mübadiləsi və təxminən müharibəyə qədərki sərhədlərin bərpası ilə nəticələnə bilər. Bu baxımdan Kursk hər iki tərəf üçün əhəmiyyətlidir. Ukrayna həmin ərazidə mümkün qədər möhkəmlənməyə, Rusiya isə qarşı tərəfi öz torpaqlarından çıxarmağa çalışır.Mümkündür ki, “Kursk əməliyyatı” ilə bağlı artıq Tramp komandası ilə Kiyev arasında müəyyən razılıq əldə olunub. Amma məsələ təkcə bununla bitmir. Ukrayna aldadılmadığından əmin olmalıdır. Bu mənada Trampla Zelenskinin üz- üzə müzakirə edəcəkləri kifayət qədər mövzu var”.

 

Müsahibimiz qeyd etdi ki, müharibənin və Ukraynanın taleyi ABŞ-nin qərarlarından, atacağı addımlardan asılı olacaq:

 

“Kiyev mümkün qədər tez Vaşinqtonun planını bilmək və buna uyğun öz “yol xəritəsi”ni hazırlamaq niyyətindədir. Maraqlıdır, Zelenski “Ukrayna üçün müharibəni ədalətli şərtlərlə bitirmək prioritetdir” deyəndə konkret olaraq hansı şərtləri nəzərdə tutub? Əlbəttə, bu cümləni sadəcə populist bəyanat kimi də dəyərləndirmək olar. Belə ki, müharibənin hansı şərtlərlə başa çatmasından asılı olmayaraq, rəsmi Kiyev böyük ehtimalla bunu özünün uğuru kimi qiymətləndirəcək və dolayısı ilə ədalətin qorunduğunu bildirəcək. Bununla belə, sözün əsl mənasında ədalətli şərtlər Ukraynanın işğal altındakı bütün torpaqlarının, o cümlədən Krımın qaytarılmasıdır. Əgər Ukrayna liderinin nəzərdə tutduğu budursa, onda savaşın bu il bitmə ehtimalı azalacaq”.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

Xaricdə bəzi analar südlərini fitness məşqçilərinə satmağa başlayıblar

Əlavə gəlir axtarışı indi tamamilə yeni səviyyəyə çatıb. ABŞ-da bəzi analar istehsal etdikləri ana südünü internet vasitəsilə sataraq minlərlə dollar qazanırlar...

Rusiyada 20-dən çox uçuş təxirə salındı

Moskvanın “Şeremetevo” hava limanı 20-dən çox reysi təxirə salıb.   Sfera.az xəbər verir ki, bu barədə hava limanının onlayn lövhəsində m...

Sadəcə hürə bilir: Anası tərəfindən atılan 8 yaşlı uşaq danışmağı unudub

Taylandda baş verən faciəvi hadisə sosial xidmətlərin hərəkətə keçməsinə səbəb olub. Yalnız itlərlə ünsiyyət qura bilən 8 yaşlı uşaq illərdir baxımsız qaldığı e...

Kirayə mənzillərə gizli kameralar qoyulur - AÇIQLAMA

Son illər kirayə verilən mənzillərdə və həyət evlərində təhlükəsizlik məqsədilə müşahidə kameralarının quraşdırılması halları artmaqdadır. Lakin bu tendensiya ş...

Azərbaycanın ATƏT-dəki nümayəndə heyətindən etiraz bəyanatı

Azərbaycanın ATƏT-dəki nümayəndə heyəti etiraz bəyanatı yayıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Vyanadakı səfiri Rövşən Sadıqbəyli ö...

59 il bioloji valideynlərini axtaran kişi DNT testi sayəsində gözlənilməz həqiqəti üzə çıxardı - FOTO

Uels sakini Saymon Prothero ömrünün 59 ilini öz ailəsini tapmağa çalışıb. Kişi DNT testindən keçəndə doğumu, valideynləri və körpə ikən niyə tərk edildiyi barəd...