Hava yağıntılı olub - FAKTİKİ HAVA

Hava yağıntılı olub - FAKTİKİ HAVA

Yanvarın 16-sı saat 9:30-a olan məlumatına əsasən bəzi şimal və şərq rayonlarında hava şəraiti arabir yağıntılı olub.

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Astara, Lənkəranda 6, Neftçala, Oğuzda 4, Şamaxı, Qobustanda 3, Qəbələ, Göyçay, Balakən, Zaqatala, Şəki, Quba, Qrız, Biləsuvar, Şabran, Xaçmaz, Cəlilabadda eyni zamanda Bakıda və Abşeron yarımadasında 2 mm qeydə alınıb.

 

Yevlax, Göyçay, Lerik, Xaltan, Quba, Qusar, Qobustan, Şamaxı, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən, Şəmkir, Naftalan, Göygöl, Naxçıvan, Sumqayıt, Qax, Qrızda duman müşahidə olunub, dumanda görünüş 200 metrədək məhdudlaşıb.

 

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək şaxtadır.


OXŞAR XƏBƏRLƏR

Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu AÇIQLANDI

"Atam 10 gündür ki, Dövlət Gömrük Hospitalında reanimasiyadadır. Həkimlərin qərarına əsasən, sabah palataya köçürülə bilər".   Sfera.a...

Bakıda kişi iki arvadı ilə birləşib qonşusunu döydü

Bakıda kişi iki arvadı ilə birləşib qonşunu döyüb.   Sfera.az bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.   Həmin...

65 yaşına çatan müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda ümumi təhsil müəssisələrində çalışmanın yaş həddinə, yəni 65 yaşına çatmış müəllimlərin həmin müəssisədə çalışma müddəti Əmək Məcəlləsini...

Bu rayonun 21 kəndində qaz kəsiləcək

Sabah Sabirabad rayonunun 21 kəndinin təbii qazla təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şir...

Bu rayonlarda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb

Qazax, Ağstafa və Tovuzda küləkli hava şəraiti müşahidə olunur, elektrik enerjisinin verilişində fasilələr yaranıb.   Sfera.az-ın məlumatına görə, gü...

Cəlilabadda dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırıldı

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə ...